“Paramount Pictures” şirkəti Bodrumda ilk hotelini istifadəyə verəcək

Date:

Paylaş:

Dünyaca məşhur “Paramount Pictures” şirkəti Bodrumda ilk hotelini istifadəyə verəcək. Hotelin əsas konsepsiyası kino sənayesi və bir çox dəbdəbəli əyləncələr olacaq. Yaradıcıların dediklərinə görə, bu Türkiyə mehmanxanaları tarixində bir ilk olacaq.

Qeyd edək ki, dünyanın ən qədim kino istehsalçısı “Paramount Pictures” turizm sektorunda “Paramount Hotels & Resorts” adı altında tanınacaq.

Adıçəkilən mehmanxanaya gəlincə,  hotel 134 apartamentdən və bir neçə villadan ibarət olacaq. Burada qonaqlamaq isə bir gün üçün 45-250 min avro arasında dəyişəcək.

“Paramount Hotels & Resorts”un icraçı direktoru Aleksandro Radelli hotelin açılışın may ayında baş tutacağını bildirib. O həmçinin, mehmanxananın  qonaqları arasında hollivud ulduzlarının olacağını qeyd edib. Bundan başqa hotelin əsas qonaqlarını Avropa, Körfəz ölkələri və MDB ölkələrindən olan turistlərin təşkil edəcəyini bildirib.

A.Radelli vurğulayıb ki, “Paramount Hotels & Resorts”brendinin ilin sonuna kimi Ər-Riyadda Dubayda və Dohada istirahət mərkəzləri açılacaq.

Azərbaycanın ən bahalı otel nömrəsi

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...