Dünyaca məşhur “Paramount Pictures” şirkəti Bodrumda ilk hotelini istifadəyə verəcək. Hotelin əsas konsepsiyası kino sənayesi və bir çox dəbdəbəli əyləncələr olacaq. Yaradıcıların dediklərinə görə, bu Türkiyə mehmanxanaları tarixində bir ilk olacaq.
Qeyd edək ki, dünyanın ən qədim kino istehsalçısı “Paramount Pictures” turizm sektorunda “Paramount Hotels & Resorts” adı altında tanınacaq.
Adıçəkilən mehmanxanaya gəlincə, hotel 134 apartamentdən və bir neçə villadan ibarət olacaq. Burada qonaqlamaq isə bir gün üçün 45-250 min avro arasında dəyişəcək.
“Paramount Hotels & Resorts”un icraçı direktoru Aleksandro Radelli hotelin açılışın may ayında baş tutacağını bildirib. O həmçinin, mehmanxananın qonaqları arasında hollivud ulduzlarının olacağını qeyd edib. Bundan başqa hotelin əsas qonaqlarını Avropa, Körfəz ölkələri və MDB ölkələrindən olan turistlərin təşkil edəcəyini bildirib.
A.Radelli vurğulayıb ki, “Paramount Hotels & Resorts”brendinin ilin sonuna kimi Ər-Riyadda Dubayda və Dohada istirahət mərkəzləri açılacaq.