Əsas səhifə Xəbərlər Biznes xəbərləri Papa John´s-un təsisçisi irqçi skandalının fonunda istefa edib

Papa John´s-un təsisçisi irqçi skandalının fonunda istefa edib

196

John Şnatter Papa John pizzaçılar şəbəkəsinin idarə heyətindən ayrıldı.

Daha əvvəl Papa Johns-un sponsorluğunda olan MFL  şirkətini əhatə edən siyası bir skandal səbəbiylə, gündəlik rəhbərlikdən ayrılmağa məcbur qalmışdı. Pizza şəbəkəsinin veb saytında qeyd edilir ki, Papa Johns-un qurucusu John Şnatter şirkətin idarə heyətinin sədri vəzifəsindən istefa edib. Onun istefası şirkətin müstəqil direktorları tərəfindən qəbul edilib.

Məlumatda bildirilib ki-« Önümüzdəki  günlərdə Papa John´s-a yeni sədr təyin ediləcək» .

Şəbəkənin birbaşa idarə edilməsindən uzaqlaşaraq, 2017-ci ilin dekabr ayında Şnatter şirkətin icraçı direktor vəzifəsini tərk edib.

Şnatter, ABŞ-ın Milli Futbol Liqasının(MFL) futbolçularının oyun əsnasında davranışılarından siyasi skandalın içinə düşməsi  səbəbindən şirkətin rəhbərliyindən geri çəkilib.

«San-Fransisko Forti Nayners» klubunun ardınca, oyunçuların çoxu Donald Trampın siyasi baxışı və polislərə zorakılığa qarşı etiraz aksiyası keçirərək, oyundan əvvəl ABŞ-ın Himnin dinləməkdə imtina ediblər, əvəzində isə  dizlərini əyərək etirazlarını göstəriblər.

Papa John´s, MFL çempionatının sponsoru və reklamedənərindən biridir. Şəbəkənin məhsulu MFL-in «rəsmi»  pizzası kimi təqdim edilir, John Şnatter özü isə tez-tez onların reklam çarxlarında çekilir.

Təsisçilər şirkəti necə tərk edirlər

Şirkətin payız hesabatı zamanı, Şnatter oyunçuların hərəkətlərini tənqid edib və liqanın rəhbərini «zəif» adlandırıb. Onun sözlərinə görə,  Amerika futbolunda oyunçuların hərəkətləri ölkəni və müştəriləri polarizə edir, nəticədə bu satışa təsir göstərir. Şnatter bildirdi ki- «MFL və liqanın rəhbərliyi tərəfindən vəziyyətə aydınlıq gətirilmədiyi üçün biz məyus olduq»

Bundan sonra Şnatter ultrasağlar arasında populyarlıq əldə edib, əsas Amerikan ağ supremasistlər isə, The Daily Stormer, hətda  Papa John´su «ultrasağların rəsmi pizzası» adlandırıb. Şnatter sözlərinə göra üzr istəməli olub.