Pandemiya ilə bağlı kimə inanaq? – milyarder Çarlz Maqnerdən sadə məsləhət

Date:

Paylaş:

Warren Buffett-lə uzun illərin iş yoldaşı olmuş Çarlz Manqerin məsləhəti COVİD-19 pandemiyası zamanı heç vaxt olmayan kimi aktuallaşıb.

Warren Buffett-in sağ əli, “Berkshire Hathaway” şirkətində çoxdankı investisiya ortağı Çarlz Manqer mövzudan anlayışı olan və olmayan insanları ayırmaq üçün sadə testdən istifadə edir.  Manqerin sözlərinə görə, bu bacarıq istənilən sahədə uğur qazanmaq üçün çox vacib rol oynayır.

Ümumdünya sağlamlıq təşkilatının bildirişinə görə, nəzarət, müəyyənlik və anlama ehtiyacımız etibarlı məlumat mənbələri axtarıb tapmaq işini çətinləşdirib. Çünki, sosial şəbəkələrdə məlumatlar ifrat dərəcədə çoxdur.

Sürücü və fizik

2007-ci ildə Manqer Cənubi-Kaliforniya universitetində nitqlə çıxış edərək Nobel mükafatı laureatı Maks Plank haqqında hekayəni bölüşür.  Plank Almaniyanı gəzərək kvant mexanikasından mühazirə dediyi vaxtlarda onun sürücüsü həmin mühazirələrin hər birini öyrənir və sonra düşünür ki, artıq onları o qədər mükəmməl bilir ki, özü də sərbəst şəkildə onların hər birini söyləyə bilər. Plank isə onun üçün bu imkanı yaradır.

Sürücünün mühazirəsi həqiqətən də çox yaxşı keçir, amma bu ona ilk sual verilənə kimi belə olur. Bu məzəli hekayənin sonunda hazırcavab sürücü auditoriyaya belə cavab verir: “Münxen kimi inkişaf etmiş şəhərdə mənə bu qədər elementar sualların verilməsi çox təəccüblü gəlir. Sürücüm suala cavab verəcək”.

Manqer deyir ki, onun hekayəsi dünyada mövcud olan iki növ biliyi təsvir edən bir metaforadır. Birinci növ – “sürücü biliyi” və ya səthi bilikdir. İkinci növ – “Plank biliyi”dir  və ona bu və ya digər məsələdən həqiqətən anlayışı olan insanlar sahibdirlər.

Orijinal biliklərə sahib insanları “sürücü bilikləri”nə sahib olanlardan fərqləndirməyin iki əsas yolu var.

      1.Bacarıqlı insanlar ön cəbhədə çalışırlar

Manqerin fikrinə görə, “Plank biliyi”nə sahə şərtlərində lazım olan ekspertizaya malik bacarıqlı şəxslər sahibdirlər.

COVD-19 pandemiyası zamanı doktor Entoni Fauçinin fikrinə çoxları qoşulublar. Belə ki, 79 yaşlı bu alim 1984-cü ildən ABŞ-ın Milli yoluxucu xəstəliklər İnstitutunda işləyib. O işlədiyi vaxtlarda 6 prezident dəyişib, Fauçi özü isə ilk əvvəl HİV, SARS, MERS və Ebola ilə mübarizədə federal orqanların güc tədbirlərinə başçılıq edib. Fauçidə “Plank biliyi” olub.

Harvard Universitetinin araşdırmaçısı Stiven Pinkerin bu yaxınlarda verdiyi müsahibələrdən birində ondan belə vəziyyətlərdə kimə inanmağın düzgün olduğunu necə müəyyən etməsi barədə sual verirlər. O suala belə cavab verir: “Əlbəttə ki, həmin məsələ barədə ekspert olanlara qulaq asmaq lazımdır. Daha çox da epidemioloqların sözlərinə. Əgər birisi problemin həll yolunu həqiqətən də bilirsə, yəni bu sahədə biliklər əldə etməyə illərini sərf edibsə və həmin məsələ barədə elmi nəşrlərin müəllifidirsə, demək ki, o digərlərindən daha çox bilir. İlk növbədə belələri inama və etibara layiqdirlər”.

Səhmlər bazarı da həmin o sahələrdən biridir ki, burada da hər şeyi bildiyini sananlarla əksəriyyətimizin bilmədiyini həqiqətən də bilənlər arasında çox böyük fərq var.  Məsələn, bu məqaləni yazdığım gün, səhər mənə bir tanışım zəng vurdu və 30% çökmüş bazara yatırım etməsinin səbəbini izah etdi. Ona dedim: “Sənin fond bazarındakı vəziyyətdən belə yaxşı xəbərdar olduğunu heç sezməmişdim”. O buna cəmi iki həftə bundan qabaq başladığını mənə bildirdi.

İki həftəlik bazar araşdırması sürücü biliyinə bir nümunədir. Çarli Manqer demək olar 58 ildir ki, səhmdarlıqla məşğuldur və təcrübəsi ona milyardlar qazandırıb. O “Plank biliyi”nə sahibdir.

     2.Bacarıqlı insanlar hələ nələri öyrənməli olduqlarını bilirlər.

The Art of Thinking Clearly kitabının müəllifi Rolf Dobellinin fikrincə, bilikləri səthi xarakter daşıyanlarla əsl ekspertlər arasındakı fərqi müəyyən edən bir göstərici var: “Əsl ekspertlər nəyi bilib nəyi bilmədiklərinin fərqində olurlar. Nəyisə bilmədikdə isə ya sadəcə susurlar ya da “bilmirəm” deyirlər.

The Wall Street Journal şənbə günü buraxılışı üçü verdiyi müsahibədə Manqer fond bazarında növbəti vəziyyətlə bağlı proqnoz verməkdən imtina edib və bildirib ki, bu barədə zərrə qədər də olsa heçnə bilmir.

Həqiqətən savadlı insanlar öz bilik hədlərinə yaxşı bələd olurlar və  nəyisə bilmədiklərində bunu etiraf etməkdən çəkinmirlər.

Hamımızın öz fikrimiz var, çünki bugün hər kəs qeyri-müəyyən gələcəklə üz-üzədir. Amma bu heç də o demək deyil ki, bütün həmin fikirlər eyni dəyərə malikdirlər. COVİD-19 pandemiyası müddətində sosial şəbəkələrdə yaranan əhval-ruhiyyə çoxsaylı “sürücülər” təyin edir. “Plank biliyi” ilə “sürücü biliyi”ni fərqləndirə bilmək qiymətli bir bacarıqdır və bunu bacarmaq sizə nəinki pandemiyanın öhdəsindən gəlməkdə hətta istənilən sahədə uğur qazanmaqda belə kömək edə bilər.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...