Panasonicin yaradıcısının biznes prinsipləri

Date:

Paylaş:

Konosuke Maçusuti  – Matsushita Electric şirkətinin yaradıcısı, yaponiyalı biznesmendir. Onun sahib olduğu şirkət isə özünün Panasonic, Technics, National kimi brendləri ilə məşhurdur.

Biznesmen – rəssamdır. Biznesmen, mükəmməl rəsm əsəri yaratmaq üçün boya, fırça və kətandan istifadə edən rəssam təki insanlardan, məhsullardan və kapitaldan istifadə edərək yeni məhsul yaratmağa və zamanın daim dəyiçən tələbinə uymağa çalışır. Buna görə də, biznesmen  – çoxşaxəli istedada malik bir rəssamdır.

Məntiqli olanı edin və sizin biznesiniz çiçəklənəcək. Yağışlı və yaxud tutqun havada çölə çxarkən özünüzlə çətir götürürsünüz. Bununla sağlam düşüncə qanununa əməl edirsiniz: Bilirsiniz ki, yağışlı havada islanmamaq üçün çətir götürmək lazımdır. Eyni şeyi biznes haqqında da demək mümkündür. Yaxşı məhsul istehsal edirsiniz və məntiqli gəlir əldə edirsiniz. Adi vəziyyətdə bu kifayət qədər adi fəalliyətdir. Bu zaman səhviniz az olacaq və biznesiniz uğura doğru addımlayacaq.

Məqsədə doğru gedən yolda yarıda dayanmayın. Məqsədlərin yarısına nail olduqda, uyğun gələn metodlardan istifadə etdikdə və gərgin işlədikdə insanların uğursuzluqla üzləşməsinin səbəbi onların yarı yolda təslim olmalarıdır. Məqsədə nail olmadan onu yarıda qoymaqla nəyə nail ola biləcəksiniz?!

Yaxşı zamanlar – yaxşıdır, pis zamanlar isə – ondan daha yaxşıdır. Biznesdə hər şey qaydasında olduqda buna görə taleyə minnətdarlıq edir, uğursuzluqla üzləşdikdə isə yaxşı zamanlarda diqqətdən qaçırdığımız cəhətlər üçün məyusluğa qərq oluruq. Uğursuzluq çox zaman layiləndirmə üçün mükəmməl imkanlar yaradır. Bu zaman “Yaxşı zamanlar – yaxşıdır, pis zamanlar isə – ondan daha yaxşıdır” fikri çox kömək edir.

Uğursuzluq yeni uğur üçün imkanlar yaradır. Hər kəsin uğurun həzzini yaşamaq haqqı var. Uğursuzluq yeni imkanlar yaratmağa qadir prosesdir, lakin bir halda ki, keçmiş səhvlərinizi dərk edir və onları təkrarlamamağa çalışırsınız.

Tərəddüdsüz qərarlar qəbul edin. Bunun üçün son qərarı vermədən əvvəl hərtərəfli düşünmək və bütün detalları diqqətlə hesaba almaq mütləqdir. Lakin hazırda inkişaf prosesi inanılmaz sürətlə irəli doğru gedir. Qorxusuzluq və cəsurluq hissi ilə silahlanmadan özünüzü bu prosesin kənarında tapacaqsınız.

İnsanlar etməli olduqları işi həyata keçirməmək üçün çoxıu sayda səbəb axtarmağa çalışır. Lakin unutmayın ki, heç kəs heç nə etmirsə və yalnızca son nəticənin olmadığına görə üzr istəyirsə yekun çox ağır olacaq. Bunun əvəzində öhdəliyinizdə olan işi həyata keçirmək üçün daha çox səbəb axtarın. Bu müəssisənin ayaqda qalması üçün mütləqdir.

İnsanlar almaz kimidir. Emal edilənə və cilalanmayana qədər parıldamır. Cilalandıqdan sonra isə parlaqlığı ilə gözləri qamaşdırır. Bu ona görə baş verir ki, onda parıldamaq bacarığı gizlidir. Bütün insanlar da cilalanmamış almaza bənzər. Və onlar bu gün parıldaya bilmirlərsə, bu onların nə dərəcədə cilalanmaqlarına görədir.

Faydalı vərdişlərə yiyələnin. Vərdişlər – müəyyən əmək sərf edərək sahib olduğunuz qaydalar toplusudur. Faydalı vərdiş əldə etməyin ən yaxşı üsulu artıq onlara sahib olan insanı müşahidə etməkdir. Həyatınızı zənginləşdirmək üçün bacarıqlarınızı gücləndirəcək və inkişafınıza kömək edəcək vərdişlərə yiyələnmək lazımdır.

Maraqlı ola bilər: Vahid Ələkbərovun biznes prinsipləri

©banker

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...