“Panasonic” mikroçip istehsalı üzrə biznesini Tayvan şirkətinə satacaq

Date:

Paylaş:

Yaponiyanın “Panasonic” korporasiyası restrukturizasiya, eləcə də Çin və ABŞ arasındakı ticarət anlaşılmazlığı ilə əlaqədar yaranan müxtəlif maneələrə görə mikroçip istehsalı üzrə biznesini Tayvanın “Nuvoton Technology” şirkətinə satacaq.

“Bizplus.az” xəbər verir ki, bu barədə cümə axşamı “Nikkei” qəzeti məlumat yayıb.

Söhbət yarımkeçiricilərin hazırlanması, istehsalı və satışı ilə məşğul olan törəmə “Panasonic Semiconductor Solutions” şirkətindən gedir.

“Panasonic” son illərdə avtomobil istehsalçıları ilə əməkdaşlıq və elektromobillərdə akkumlyator sistemlərinin idarə edilməsi üçün komponentlər tədarükü hesabına mikroçip biznesinə yeni təkan verməyə çalışıb. Amma bu sahənin bərpası mümkün olmayıb. 2018 maliyyə ilinin sonunda (2019-cu ilin martında başa çatıb – red.) “Panasonic Semiconductor Solutions” şirkətinin zərəri, təxminən, 215 milyon dollar təşkil edib.

“Nuvoton Technology” isə öz növbəsində, “Hewlett-Packard” (HP), “Dell” və “Microsoft” şirkətlərini mikrokontrollerlər və mikrosxemlərlə təchiz edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...