Gec və ya tez bu olacaqdı. Belə ki, mayda Huggies şirkəti uşaqlar üçün ağıllı bezlər təqdim etdi. İndi isə eyni məhsulu “Pampers” şirkəti də buraxıb.
Beləcə “Pampers” məsələyə daha qlobal yanaşaraq ağıllı bezlərlə birgə “Lumi” adlı platforma da yaradıb.
İndi ora bezlər üçün datçiklər, video-dayə və xüsusi tətbiq daxildir.
Datçiklər bezi dəyişməyin vaxtı çatanda valideynə xəbər verir və bundan başqa, yuxuda olarkən uşağa nəzarət edir. Öz növbəsində Logitech Circle 2 modifikasiyasını özündə daşıyan kameranın da əlavə olaraq temperatur və nəmlik datçiki var.
Bu tətbiq valideynlərə uşaq və onun davranışları barədə çoxlu məlumat əldə etməyə imkan verir.
Bəzi detallar da var. Məsələn, birincisi, Lumi datçikləri üçün yalnız Pampers bezləri və onların da iri nəmlik təyinediciləri olmalıdır. İkincisi isə, belə bezlərin maksimal ölçüsü 4 olmalıdır.
Qiymətləri isə “Pampers” şirkəti təəssüf ki, açıqlamır.