Azərbaycanda 2018-ci ilin yekununda sığorta bazarının qeyri-neft sektorunda payı 1,9%, maliyyə sektorunda payı isə 2,9% təşkil edib.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən “Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar” adlı IX Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) məlumat verib.
“Hazırda isə sığorta sektorunun aktivləri maliyyə sektorunun aktivlərində 3,1% paya malikdir. Palata yaranandan sığortaçıların cəmi aktivləri 64% artıb və 1,4 milyard manata çatıb”, – o qeyd edib.