Maliyyə Bazarlarına Nəzarət Palatası “ATEF Şirkətlər Qrupu” MMC-ni dörd inzibati protokol üzrə cərimələyib.
Şirkətlər qrupu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib.
“ATEF Şirkətlər Qrupu” un inzibati xətanın obyekti olan 40.000 avronun 25 faizi, yəni 10.000 avro, digər prorokolla isə 26250 avro vəsaitin 20 faizi miqdarında – 5.250 avro məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə olunub. Digər iki protokol üzrə cərimənin məbləği isə məlum deyil.
Şirkət Suraxanı Rayon Məhkəməsinin qərarlarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, ATEF Group yağ transformatorları, gәrginlik transformatorları, komplekt transformatorı, yarımstansiyalar, stabilizatorlar vә s. istehsal edən bir neçə müəssisədən ibarətdir.