Palata 2 BOKT-a lisenziya verib

Date:

Paylaş:

Maliyyə Bazarlarına Nəzarət Palatası 2 bank olmayan kredit təşkilatına (BOKT) fəaliyyət üçün lisenziya verib.

Bunlar “MJ Financial Services” və “Aset Maliyyə Texnologiyaları” MMC-lərdir.

Bununla da, Azərbaycanda BOKT-ların sayı 43-dən 45-ə çatıb.

Xatırladaq ki, “MJ Financial Services” bu il aprelin 15-də, Bakıda yaradılıb. Onun nizamnamə kapitalı 300 010 manat, qanuni təmsilçisi isə Mədəd Nadir oğlu Rüstəmovdur. “Aset Maliyyə Texnologiyaları” isə 2017-ci il yanvarın 10-da Bakıda təsis edilib. Onun nizamnamə kapitalı 300 000 manat, qanuni təmsilçisi isə Xosrov Fikrət oğlu Axundovdur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...