Əsas səhifə Xəbərlər Xarici xəbərlər Pakistan Azərbaycanda şirkət yaratmaq fəallığında liderdir

Pakistan Azərbaycanda şirkət yaratmaq fəallığında liderdir

61
Paylaş

Noyabrda Azərbaycanda 1300-dən artıq hüquqi şəxs, həmçinin xarici şirkətlərin filial və nümayəndəlikləri  dövlət qeydiyyatından keçib. Yeni şirkətlərin 27%-nin (355) kapitalında xarici kapital yer alıb.

Vergilər Nazirliyinin məlumatına görə, noyabrda ən fəal Azərbaycanda 228 şirkət təsis etmiş Pakistandan olan səhmdarlar olub. Onların ardınca İrandan (52 şirkət), Türkiyədən (28), Hindistandan (26), Şri-Lankadan (12) olan sahibkarlar gəlir.

Qeyd edək ki, 2012-ci ilin ikinci yarısından Azərbaycanda kommersiya şəxslərinin təsisçiləri barədə məlumat gizli hesab olunur. Yeni yaradılan şirkətlərin kapitalında xarici kapitalın mövcudluğu onların qanuni nümayəndələrinin adlarını nəzərə almaqla müəyyən edib.