Xərçəng xəstəliyini anlamaq və onunla mübarizə aparmaq üçün yaradılan süni zəka əsaslı “Paige” startapı 45 milyon dollar investisiya əldə edib.
Bizplus.az bildirir ki, xərçəng patologiyasını daha yaxşı xəritələmək üçün maşın öyrənməsi kimi süni zəka üsullarından istifadə edən “Paige” xərçəngin köklərini və irəliləməsini analiz edir və müalicə tətbiq edir.
30-a yaxın işçisi olan startap aldığı investisiyanı qlobal bazarda möhkəmlənmək üçün istifadə edəcəyini bildirib.