“Deloitte”nin “Pərakəndənin Qlobal Gücləri 2020” hesabatına görə, dünyada gəlir baxımından ən böyük 250 pərakəndə ticarət şirkətinin əldə etdiyi cəmi gəlir 4,74 trilyon dollar təşkil edib.
Hesabata istinadən verilən məlumata görə, 250 pərakəndə şirkətin cəmi gəlirləri 4,1% artıb.
Siyahıda yer alan şirkətlər hər biri orta hesabla 19 milyard dollar gəlir əldə ediblər.
Dünyanın ən böyük 250 pərakəndə ticarət şirkətinin 88-i Avropadandır.
2018 maliyyə ilində ən böyük 10 pərakəndə ticarət şirkəti və gəlirləri
1 – Wal-Mart 514 milyard 405 milyon dollar
2 – Costco 141 milyard 576 milyon dollar
3 – Amazon 140 milyard 211milyon dollar
4 – Schwarz 121 milyard 581 milyon dollar
5 – The Kroger 117 milyard 527 milyon dollar
6 – Walgreens 110 milyard 673 milyon dollar
7 – The Home Depot Inc 108 milyard 203 milyon dollar
8 – Aldi Group 106 milyard 175 milyon dollar
9 – CVS Health 83 milyard 989 milyon dollar
10 – Tesco PLC 82 milyard 799 milyon dollar