Azərbaycanda da fəaliyyət göstərən “Özkaya Group” şirkətinin prezidenti Osman Gezeker vəfat edib.
Türk iş adamı bu gün səhər saatlarında uzun müddətdir müalicə aldığı Ankara Dövlət Xəstəxanasında həyatla vidalaşıb.
Onun nəşi xəstəxanadan çıxarılarkən izdiham yaşanıb.
Mərhumun cənazəsi 31.07.2019 tarixində günorta namazının ardından Bursada – Orhaneli Osmaniyyə kəndinin məzarlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Osman Gezeker Azərbaycanın sabiq prezidenti, ulu öndər Heydər Əliyevlə yaxın dostluq münasibəti ilə də tanınırdı.