Bu il oktyabrın 1-nə Özbəkistanın xarici borcu 21,5 milyard dollara çatıb.
İlin əvvəlindən ölkənin xarici borcu 4,2 milyard dollar artıb. Bunun 3,7 milyard dolları dövlətin, qalanı isə özəl sektorun borcudur.
Məlumatda bildirilir ki, xarici borc əsasən ölkə iqtisadiyyatının gücləndirilməsi və regionların inkişaf etdirilməsi ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsi məqsədilə alınıb.