Özbək bibər istehsalçıları xarici tərəfdaş axtarışındadır

Date:

Paylaş:

2018-ci ilin oktyabr ayının ikinci yarısında Özbəkistanın paytaxtı Daşkənd şəhərində III Beynəlxalq meyvə və tərəvəz yarmarkası keçiriləcəkdir. Bu yarmarka ölkələrimizin biznes qrupları ilə əməkdaşlıq yollarının və həmçinin acı bibərin istehsalı məsələsinin  müzakirəsi üçün əlverişli ola bilər. (Yarmarkanın dəqiq keçirilmə tarixi ilə bağlı ətraflı məlumat təqdim oluncaqdır).

Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, son illərdə Özbəkistanda meyvə və tərəvəz məhsullarının çeşidlənməsi sahəsinə böyük diqqət ayrılır. Bu məqsədlə respublikada acı bibərin kütləvi yetişdirilməsinə başlanılmışdır. Cari ildə məhsulun istehsalının ümumi həcminin 180 min tona qaldırılması nəzərdə tutulmuşdur.

Bu gün özbək bibər istehsalçıları qarşılıqlı şəkildə faydalanmaq şərti ilə xarici partnyorlar ilə əməkdaşlıq imkanlarında maraqlıdırlar.  Bu fəaliyyət çərçivəsində bibərin ixracının təmin edilməsi, eyni zamanda bu məhsulun emalı üçün istehsal gücünün yaradılması kimi məsələlər təklif olunur.

Yuxarıda göstərilənləri və Azərbaycanla qarşılıqlı ticari-iqtisadi və investisiya əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini nəzərə alaraq, özbək bibər istehsalçları ilə əməkdaşlıqda maraqlı olan şəxslərdən bu təklifi nəzərdən keçirmələri xahiş olunur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...