Zuckerberq facebooku yaratdıqdan sonra dünyanın bir çox ölkəsində gənclər həvəsləndilər. Facebookdan ilham alaraq öz internet layihələrini həyata keçirməyə başladılar.
Sizə öz ölkələrində Mark Zuckerberq kimi ad qazanan insanları təqdim edirik:
Pavel Durov
Rusiyanın Mark Zuckerberqi kimi tanınan Pavel Durov sosial şəbəkə VKontakt ilə öz ölkəsində Facebooku üstələməyi bacardı. Lakin hökumətin vkontakt sosial şəbəkəsini idarə etmək istəyinə görə ölkəni tərk etdi. Daha sonra teleqram adlı mobil tətbiq yaratdı. Teleqram bir çox ölkədə whatsappdan daha məşhur tətbiq olmağı bacardı.
Patrick Collison ve John Collison
Bu iki qardaş İrlandiyanın Mark Zuckerberqi kimi tanınır. 26 yaşlı Patrick Collison ve John Collison milyard dollarlıq Stripe şirkətini yaratdılar. ApplePay bu şirkətə 5 milyar dollarlıq investisiya etdi. Hazırda qardaşlar Silikon Vadisində yaşayırlar.
Wuik Siu Rui
28 yaşlı Wuik Siu Rui sürətlə böyüyən internet alış verişini mobil telefonlarla etməyə imkan verən Carousellin yaradıcısıdır. O bu proqramı yaratmaq üçün məktəbi belə tərk etdi. Hazırda Carousell Sinqapurda ən çox istifadə edilən mobil tətbiqlərdən biridir.
Yoshikazu Tanaka
Yaponiyadan olan Yoshikazu Tanaka dəyəri milyardlarla ölçülən SNS Gree adlı şirkət yaradıb. Tanaka bu işə 26 yaşında başlayıb. Tokio birjasına görə Tanaka milyard dollarlıq şirkət quran ən gənc yapondur. Hazırda onun 1.7 milyard dollar sərvəti var.
Michael Litt
Kanadalı Litt Vidyard adlı şirkətini 2010-cu ildə universitetdə oxuyan zaman yaradıb. Hazırda Kanadanın ən yüksək səviyyəli şirkətlərindən biri olan Vidyard bu il 26 milyon dollar gəlir əldə edib.
Daniel Ek
İsveçdə yaşayan 32 yaşlı Daniel Spotifyın qurucusu və rəhbəridir. Özü də spotify onun ilk şirkəti deyil. Əvvəllər TradeDoubler adlı şirkəti də olub və onu satıb.
Gustavo Caetano
33 yaşlı Gustavo Braziliyadandır və o Sambatech adlı mobil oyunlar yaradan şirkətin qurucusudur.
Deepak Ravindran
27 yaşlı Deepak Ravindran mobil axtarış sistemi Innozu yaratmaq üçün Kannur Universitetindəki təhsilini yarıda qoydu. 2008-ci ildə Ravindran 3 dostu ilə birlikdə Universiteti yarıda qoyaraq Innozu yaratdılar. Bu sistem Hindistan üçün çox böyük bir yenilik oldu. Keçən il Innozu tərk etdi və mobil istifadəçilərin restoran və kafelərlə söhbət edə biləcəyi mobil tətbiq Lookupı yaratdı.