Öz işini qurmaq istəyənlər üçün tövsiyələr

Date:

Paylaş:

Əyər öz işini qura bilməsən, hər gün zəngli saatı qurmalı olacaqsan! Əyər özünüzə bir iş qurmaq istəyirsiz, ancaq haradan başlıyacağınızı bilmirsizsə, narahat olmayın siz tək deyilsiniz. Dövrümüzün iqtisadi reallığı, insanlara xəyalını qurduqları işin reallıqda mövcud olmadığını və başqaları üçün çalışdıqları müddət ərzində də heç vaxt bu xəyala qovuşa bilməyəcəkləri istiqamətində anlayış yaradır. Bəziləri özünə inamsızlıq səbəbiylə xəyallarından əl çəkir, amma öz işinizin müdiri olmadığınız müddətcə arzuladığınız şəraitə qovuşmağınız çox çətin olacaq. Ancaq unutmamaq lazımdır ki, hər cəsarətində bir qarşılığı var. Onsuz risk olmadan heç kimə cəsur demirlər.

Əyər özünüzə iş qurmaq istəyirsizsə, atmalı olduğunuz addımlar bunlardır:

  1. Bir istiqamət seçin

Əgər bugünki vəziyyətinizdən razı deyilsinizsə, əvvəlcə bunu düzəldə biləcək şəxsin özünüz olduğunu qəbul etməlisiniz. İqtisadiyyatı, müdirinizi, həyat yoldaşınızı, ailənizi günahlandırmağın sizə heç bir faydası olmayacaq. Dəyişiklik, ancaq siz dəyişməyi şüurlu şəkildə qəbul edəndə başlayacaqdır.

  1. Özünüz üçün uyğun olan işi tapın

Özünü kəşf üçün icazə verin. Öz güclü tərəflərinizi və dəyərlərinizi başa düşə bilmək üçün öz üzərinizdə çalışmaq vacibdir. Xüsusilə şəxsiyyət, sosial stiliniz, yaşınız da təsiredici faktorlardandır. İkinci mərhələdə hisslərinizi də dinləməyə başlamalısınız. Biz, ümumiyyətlə, məntiqlə nəyin doğrunu bilsək də, hisslərimizə daha çox güvənirik. Özünüzə bu sualı verin: “ Yorulanda mənə enerji verən şey nədir?”

Hər hansı bir işin sizin üçün doğru olduğunu necə başa düşə bilərsiz? Ümumiyyətlə, təşəbbüskarlıq üçün 3 ayrı baxış sadalayacıq:

  • Ən yaxşı bildiyini işi etmək: Nə bildiyinizi bir fikirləşin və bu bildiklərinizi necə bir istedad və praktik iş qrupuna çevirə biləcəyiniz haqqında düşünün. Keçmiş işləriniz bu təşəbbüskarlıq üçün işıqlandırıcı istiqamət olacaqdır.
  • Digərlərinin etdiyini təkrarlamaq: Marağınızı çəkən işlərdə digərlərinin bunu necə etdiyinə baxın, diqqət yetirin, araşdırın və öyrənin. Lazım olarsa, icazə alın və qısa müddətli də olsa, işi içərisində olmağa çalışın. Nə etdiyiniz vacib deyil, sıfırdan başlayıb, bir müddət sonra aşağı vəzifələrədə razı ola bilərsiz.
  • Ümumi bir problemi həll etmək: Biznes bazarında hər hansı bir boşluq varsa, dərhal onu doldurun. Bu, ümumiyyətlə, 3 üsul arasında həm ən risklisi, həm də ən çox gəlir gətirənidir. Çünki biznes bazarını belə siz yaradırsız. Əgər bu üsulu seçsəniz, təkrar tələbə olmağa və özünüzə, xüsusilə sosial və ünsiyyət bacarıqları sahəsində inkişaf etdirməyə məcbursuz, çünki yeni bir iqtisadi bazar yaradırsız və digər insanların sizə dəstək olmalarına ehtiyyacınız var. Çox uğurlu layihələr belə inkişaf etdirilmiş, lakin ünsiyyət bacarıqsızlığı ucbatından uğursuz olmuş bir çox təşəbbüskar vardır. Təhsiliniz inkişaf edtirərək, özünüzə investisiya yatırmağı da unutmayın.
  1. Planlama, uğur şansını artırır

Əksər insan plan qurmur, amma ümumi bir plan qurmaq müvəqətiyyət şansını artırır. Əgər çox detallı bir plan qurursuzssa, bu da uğurunuzun şansını aşağı salıb və hisslərinizin istifadəsinə mane olacaqdır. Yaxşı planlar rahat olmağınıza imkan verməyəcəkdir.

Özünüzə bu sualları verin:

  • Mən nə yaradıram?
  • Kimə xidmət edəcəm?
  • Müştərilərimə nə təklif edirəm?
  • Hədəflərim nələrdir?
  1. Bir qəpik belə xərcləmədən əvvəl müştərinizi tanıyın.

Pul xərcləmədən əvvəl öz hədəf kütlənizi daha yaxından tanımağa çalışın, ehtiyyaclarınızı müəyyən edin. Bəlkə də, etməli olduğunuz ən vacib iş budur. Özünüzə bir şüar yaradın və bunu deyə bilin: “Bir gün bu təbəqədəki/yerdəki/fakültədəki/yaşdaki hamı bu məhsulu/xidməti ala biləcək.

  1. Şəxsi maliyyə üsullarınızı və mənbələrinizi diqqətlə araşdırın.

Bir təşəbbüskar olaraq şəxsi və iş həyatınız daim bir-biriylə sıx  əlaqədədir. Mütləq ikisini bir-birindən ayıra biləcək bir maliyyə sistemi yaradın. Əks halda, mənfəət əldə edib-etmiyəcəyinizi və nə qədər investisya qoyub-qoymuyacağınızı müəyyən etmək çətin olacaq.

  1. Özünüzə bir dəstək xətti yaradın.

Dəstəkçilərə, mütəxəssislərə, ortaqlara və ya mütəffiqlərə ehtiyyacınız olacaq. Mənbə siyahınızda bu qruplara da yer verin və onlarla əlaqə qurmağa çalışın. Əgər siz öz işinizə inansanız, onlar da sizə inanmağa başlayacaqlar. Xüsusilə fərqli iş mühitlərində olduqda, insanlara onlara necə kömək edə biləcəyinizi soruşun. Almağa başlamadan əvvəl verməyə hazır olmalısınız. Əgər əvvəl almağa çalışsanız, ətrafınızda heç kim olmayacaq.

  1. Dəyər yaratmadan satış edə bilməzsiz.

Hər gün təzə məhsul və xidmətlər almağınıza baxmayaraq, heç birimiz bizə satış edilməsində xoşumuz gəlmir. Digərlərinə satmağa deyil, xidmət etməyə köklənmək lazımdır. Müştərilərinizi fikirləşdiyinizdə özünüzdən bu sualları soruşun:

  • Onlara nə verə bilərəm?
  • Onların istədiklərinə çatmalarında\uğurlu olmalarına necə kömək edə bilərəm?

Yuxarıda sadaladıqlarımız uğurlu olmağınıza kömək edəcək. Unutmayın ki, işiniz yaratmağın xəyalını qura bilərsiz, amma siz ən yaxşı iş qurmağı deyil, işiniz çox uğurlu olduğunu təsəvvürünüzə gətirin. O günlər gələndə geriyə dönmək kimi bir şansınız olmayacaq. İndi bir təşəbbüskar olaraq, keçmişdə özbaşına yaratdığım markanın dizaynı mövzusunda  kaş dəstək almış olsaydım, dediyiniz günlər olur. Ya da markanı fərqli şəkildə dizayn etsəydim dediyiniz..  Sizə tövsiyəmiz budur ki, markazınız ya da qurduğunuz iş üçün lazım gələrsə, ödənişli ala biləcəyiniz dəstəyində sizi daha uğurlu edə biləcəyini unutmamağınızdır.  Xüsusilə maliyyə, satış dəstəyi, liderlik, marka dizaynı kimi bir çox mövzuda bu işin ustaları ilə çalışmağınızı tövsiyə edirik.

 

 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...