Əsas səhifə Biznes Öz gücləri hesabına varlanan milyarder qadınlar – Top 10

Öz gücləri hesabına varlanan milyarder qadınlar – Top 10

92
Paylaş

Çinin Hurun araşdırma institutu öz gücləri hesabına varlanan ən zəngin milyarder qadınların reytinqini dərc edib.

Ekspertlərin hesablamalarına görə dünyada hal-hazırda cəmi 100 milyarder qadın var və bu, ötən illə müqayisədə 11 nəfər çoxdur. Onların ümumi sərvəti 262 milyard dollardır.

Bu qadınlar sənaye istehsalı, səhiyyə, KİV və əyləncə, həmçinin elektron ticarət sahələrində çalışırlar:

10 . Zhang Yin

O, təkcə Çinin deyil bütün dünyanın ən zəgin qadınlarından biridir. Nine Dragons Paper şirkətinin CEO-sudur. Sərvəti 6 milyard dollardır.

9 . Lu Zhongfang

O, 7,2 mlrd. dollar sərvətə sahibdir. Offcn Education Technology şirkətinin təsisçisidir. Şirkət özəl təhsil verir, Çində dövlət qulluğunda xidmət üzrə imtahanlara hazırlaşdırır.

8 . Fan Hongwei

Bu çinli sahibkar xanımın sərvəti isə 7,6 mlrd. dollar təşkil edir. O, Hengli Petrochemical şirkətinin CEO-su, “Hengli Group”un isə İdarə Heyətinin sədri müavinidir.

7 . Chen Lihua

Sərvəti – 7,6 mlrd. dollar.  Fu Wah International Şirkətlər Qrupunun CEO-sudur.

6 . Zeng Fangqin

Sərvəti 7, 6 mlrd. dollar olan bu xanım LY iThech şirkətinin qurucusudur.

 5 . Diane Hendricks

Bu amerikalı sahubkar xanımın sərvəti 8,2 mlrd. dollardır. ABŞ-da ən iri tikinti materialları distribütorlarından biri olan ABC Supply şirkətinin CEO-sudur.

4 .  Wang Laichu

Luxshare Precision şirkətinin rəhbəri olan bu milyarderin 8,3 mlrd. dollar sərvəti var.

3 . Zhou Qunfei

Hər şeyə özü nail olan qadın milyarder siyahısında üçüncü yeri sensor ekranları istehsalçısı Lens Technology şirkətinin təsisçisi Zhou Qunfei tutur. Onun sərvəti isə 9,4 mlrd. dollardır.

2 . Wu Yajun

Longfor Properties şirkətinin sahibəsi olan bu xanım 14,1 mlrd. dollar sərvətə malikdir.

1 . Zhong Huijuan

Liderlik isə “Hansoh Pharmaceutical Group”un rəhbəri Zhong Huijuan-a məxsusdur. Bu xanımın sərvəti 15,1 mlrd. dollar civarında dəyərləndirilir.