Çalışdığınız müəssisədə daha da uğurlu olmaq və ya öz işinizi böyütmək üçün yeni üsullar axtarırsınız? Bununla əlaqədar olaraq uğurlu sahibkarların həyatları və bu müddət ərzindəki təcrübələri sizə çox şey öyrədə bilər. Belə ki, iş həyatı və sahibkarlıq fəaliyyəti ilə bağlı həm əyləncəli, həm öyrədici, həm də ilhamverici bir çox sənədi film mövcuddur. Əgər yaxşı vaxt keçirib iş dünyası ilə bağlı faydalı məlumatlar əldə etmək istəyirsinizsə, bugünkü məqaləmizdə sizə tövsiyə edəcəyimiz 5 sənədli filmə mütləq nəzər salın:
1. Startup.com (2001)
Xülasə: Harvard Universitetində təhsil alan iki dost internet saytlarının bir il ərzində necə inkişaf etdiyini izləyirlər. Hadisələrin internetin populyarlaşmağa başladığı bir müddətə təsadüf etməsi dostların macəralarını daha da maraqlı edir.
Nə üçün izləməlisiniz? Bu sənədli film yeni təsis edilmiş startup layihələrin necə idarə edilməməsi ilə bağlı lazimi informasiya verir. Xüsusilə də 50 milyon dollar sərmayə qəbul edən bir şirkətin işə yararlı bir məhsul və ya xidmət istehsal etməməsi nəticəsində bir il ərzində necə tədricən uğursuzluğa uğradığını görmək sizə faydalı olacaq. Strategiya, marketinq və maliyyə mövzularında əldə ediləcək ən yaxşı dərslər sözügedən sənədli filmdə öz əksini tapır.
2. The Startup Kids (2013)
Xülasə: İrlandiyalı iki rejissor tərəfindən çəkilən bu sənədli film Vimeo, Dropbox, Soundcloud kimi populyar internet saytlarının quruluş hekayələri və qurucuların sahibkarlıq macəralarından bəhs edir.
Nə üçün izləməlisiniz? Qarşılaşdığınız hər kəs sizə və fikirlərinizə “yox” desə belə, sahibkarlıq ruhunun qarşısının alına bilməyəcəyini görmək üçün bu sənədli filmi mütləq izləməlisiniz.
3. Steve Jobs – One Last Thing (2011)
Xülasə: Bu möhtəşəm sənədli filmdə Stiv Cobsun ilham verən karyerasının və özündən sonra qoyduğu mirasın yolu ilə gedilir.
Nə üçün izləməlisiniz? Tərz, təqdimat, şövq və xəyal etmə bacarığının bir insanın zehnində birləşdiyi zaman milyonlarla insanın həyatını necə dəyişdirə biləcəyinə şahid olmaq üçün bu əsəri izləməyiniz mütləqdir.
4. Jiro Dreams of Sushi (2011)
Xülasə: Bir çox mükafata layiq görülən bu sənədli filmdə 85 yaşındakı suşi ustası Jiro Ono – nun 10 kreslolu restoranının nə üçün dünyanın ən çox tələb görən suşi restoranı olduğunu görürük.
Nə üçün izləməlisiniz? Mükəmməliyin ancaq özünü bir işə həsr etməklə, çox çalışmaq və işində ən yaxşısı olmaqla mümkün olduğunu görmək üçün sözügedən sənədli filmi izləməlisiniz.
5. She++ (2013)
Xülasə: Kişilərin hökranlıq etdiyi texnologiya dünyasında qadınların özlərinə yer edə biləcəklərindən bəhs edən bu sənədli film qadınlarla bağlı şablon fikirlərin necə qırıla biləcəyini göstərir.
Nə üçün izləməlisiniz? İş dünyasında müxtəlifliyin yenilik və yaradıcılıq üçün əvəzedilməz bir üstünlük olduğunu görmək üçün bu sənədli filmi mütləq izləməlisiniz.