Öz biznesini qurmaq istəyən xanımların nəzərinə!

Date:

Paylaş:

Sizin dərzi, bərbər, vizajist, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma, dizayner və başqa peşələr üzrə bilik və bacarıqlarınız varsa, bu bacarıqlardan istifadə edib öz biznesini qura bilərsiniz.

Bununla əlaqədar olaraq Sizi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında keçiriləcək “Qadın biznesinin inkişaf etdirilməsi” mövzusunda təlimə dəvət edirik.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Bakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən “Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində keçirilən təlimin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.

Yekunda təlimdə iştirak edən və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi (qrant) ayrılacaqdır.

Təlimdə iştirak etmək istəyən xanımlardan aşağıdakı linkdən qeydiyyatdan keçmələri xahiş olunur.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdpoe0PUWpIwpnXD_s6QJiL5Wod9TTqHRHnErZmr37PhShs7g/viewform

Son müraciət tarixi: 05 oktyabr, 2018-ci il

 

Təlim, 8-9 oktyabr 2018-ci il tarixlərində saat 09:00–dan 18:00-dək (Bakı şəhər, AZ 1110 Akademik Həsən Əliyev küç. 57, 3-cü mərtəbə) ünvanında keçiriləcək.

Əlaqələndirici şəxs:  Günay Əliyeva
Telefon: (+994 12) 465 72 42/43
E-mail: [email protected]

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...