Özəl klinikalara yaxşı xəbər – İCBARİ SIĞORTAYA QATILACAQLAR

Date:

Paylaş:

Azərbaycanda 2020-ci ildən tətbiqi gözlənilən icbari tibbi sığortada özəl tibb müəssisələrinin xidmətlərindən də istifadə ediləcək. “Bizplus.az” xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqi ilə özəl klinikaların lisenziyalaşması ilə bağlı qaydalara dəyişməyəcək: «Azərbaycanda özəl tibb müəssisələri lisenziya əsasında fəaliyyət göstərirlər və bu lisenziyaların verilməsi üçün rəyi hazırlayan qurum  Səhiyyə Nazirliyidir. Bu qayda ölkədə icbari tibbi sığortanın tətiqindən sonra da davam edəcək».

İcbari tibbi sığortanın özəl tibbi müəssisələri ilə əməkdaşlığına gəlincə, Agentlik rəhbəri bildirir ki, icbari tibbi sığortanın müəyyən standartları olacaq. Və həmin standartlara cavab verən özəl tibbi müəssisələri Agentliklə müqavilə bağlayıb öz tibb xidmətlərini göstəri biləcəklər: «Həmin xidmətləin ödənişini də İcbari tibbi sığorta üzrə Agentlik həyata keçirəcək. Burada vacib məqam ölkə vətəndaşlarına keyfiyyətli tibbi xidmətin göstərilməsidir. Bunu həyata keçirə bilən hər bir tibb müəssisəsi ilə müqavilə imzalana bilər»-deyə V.Qurbanov bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...