Əsas səhifə Biznes Biznes məqalələri “Oyuncaq” milyarderi: Bratz, L.O.L Surprise və Poopsie oyuncaqları istehsalçısının tarixçəsi

“Oyuncaq” milyarderi: Bratz, L.O.L Surprise və Poopsie oyuncaqları istehsalçısının tarixçəsi

128

İsaak Larian ABŞ-da oyuncaq istehsalını və Barbie satışını həyata keçirməyə müvəffəq olub.

Tehrandan Los-Angels-ə

İsaak Larian Tehranda böyüyüb. Atası parça satışı mağazası olub. O, da doqquz yaşından ailə biznesinə qoşularaq atasının yanında işləyib.

17 yaşında o, valideynlərini onu ABŞ-a göndərmələrinə razı sala bilir və 1971-ci ildə ABŞ-a gəlir. Burada o, Los Angeles Southwest kollecinə daxil olur. Bir müddət sonra isə Kaliforniya ştatındakı Universitetə daxil olur. Buranı 1978-ci ildə inşaatçı-mühəndis dərəcəsi ilə bitirdikdən sonra Larian  vətəninə qayıdıb ixtisası üzrə işləməyi planlaşdırır. Lakin 1979-cu ildə İranda inqilab olur və o, planını dəyişir.

“Mən bilirdim ki, sahibkar olmalıyam. Bunu atamın mağazasında işləyəndə anlamışdım” , Larian deyib.

“Oyuncaq” imperiyasının meydana gəlməsi

Öz biznesini qurmamışdan əvvəl  Larian bir müddətlik İrana gəlir. ABŞ-a isə sonralar qardaşı  ilə qayıdır və onlar birgə Surprise Gift Wagon kiçik biznesini qururlar. Bununla qardaşlar sarı misdən olan dekorativ məhsullar satışı ilə məşğul olurlar.

Larian evdə oturaraq işləmiş olsa da doqquz ay ərzində 30 min dollar qazana bilib. Tezliklə qardaşlar elektronika malları satmağa başlayırlar və  firmanın adını Micro Games of America-ya dəyişirlər.

1980-ci illərin sonunda Micro Games of America, ABŞ-da Nintendo Game & Watch-un ilk rəsmi distribütoru olur və o, şirkətə ilk satış ilində 23 milyon dollar gəlir gətirir. Video oyunlarının məşhurluğu bir neçə il çəkir, lakin məhz bu, İsaakda oyuncaq satışına maraq oyadır.

Yaponiyada oyuncaqlar bağlı qutularda üzərlərində müşayiətedici mətnli yazılarla satıldığı halda, Larian açıq oyuncaq satışı həyata keçirməklə uğur əldə edir. Bu satışları artırır. Çünki alıcıların bağlı qutulardakı reklam yazılarını oxumağa səbrləri çatmırdı və bu baxımdan Larian  demək olar ki, yenilik etmişdi.

İsaakın şirkəti  Power Rangers və Hello Kitty kimi brendlərin də  distrübutoru olmuşdur. Bununla belə Larian öz şəxsi oyuncaqlar brendini də yaratmağa başlamışdı və o, başa düşürdü ki, istehsal biznesin inkişafı üçün yüksək imkanlar yaradacaq.

1990-cı illərin sonunda ixtiraçı  Co Traşes sahibkara danışan gəlinciyin prototipini göstərdi. Beləcə Larianda Singing Bouncy Baby ideyası yarandı və bunu 1997-ci ildə gerçəkləşdirdi.

Gəlincik qısa mahnı oxuyur və gülə bilirdi. 3-6 yaşlı qızlar üçün nəzərdə tutulmuşdu.

Təxminən elə həmin vaxt Tyco Toys şirkəti Tickle Me Elmo-nu buraxdı, o, “Sezam Küçələri” şousunun personajlarından biri görüntüsündə məktəbəqədər uşaqlar üçün oyuncaq idi. 

Tickle Me Elmo o qədər məhşurlaşmışdı ki, alıcılar mağazada  ona görə dava belə salırdılar.

İlk ili ərzində Tyco Toys bir milyondan çox Tickle Me Elmo satdı.

Bundan başqa Singing Bouncy Baby,  Zapf Creation və Famosa şirkətlərinin yeni məhsulları ilə də rəqabət aparmalı olub. Zapf Creation ağlayan Baby Born gəlinciyini, ikincisi isə əlləri hərəkət edən, üz cizgiləri dəyişən, ağlayan və gülən Baby Expressions-u istehsal edib.

Larianın sözlərinə görə, güclü rəqabətə baxmayaraq o, 1 milyona yaxın Singing Bouncy Baby sata bilib. Eyni ildə sahibkar şirkətin adını MGA Entertainment-ə dəyişdi.

Barbie Bratz-a qarşı

Singing Bouncy Baby-dən ilhamlanan İsaak  artıq növbəti hiti təqdim etmək qərarına gəlir. O, bununla Mattel-in Barbie-sini geridə qoymaq istəyirdi.

Barbie 1959-cu ildə satışa çıxarılmışdı. Həmin vaxtlar gəlinciklərin əksəriyyəti azyaşlı görkəmində idi və Barbie bu baxımdan fərqlənirdi. Belə ki, o böyük qız görüntüsündə gəlincik idi.

Barbie gəlinciyi cəmi 3 dollara idi, lakin onun bütün aksesuarları, yəni mebellər, qablar və geyimlər ayrıca satılırdı.

Yeni oyuncaq seçməklə Larian  Barbie obrazından çıxmaq istəyirdi, lakin buna birdən-birə nail olmaq alınmadı: ona gətirilən bütün nümunələr Barbie-yə çox oxşayırdı.

Lakin 2001-ci ildə dizayner-frilanser Karter Brayant ona öz gəlincik versiyasını göstərdi. Hərçənd ki, o da Larianı bir o qədər də təəccübləndirməmişdi, amma məktəbli qızının ondan çox xoşu gəlmişdi.

 Belə olduğu halda da sahibkar oyuncaq üzərində şansı yoxlamaq qərarına gəlir. Beləcə Bratz gəlinciklər seriyası meydana gəldi.

Bu gəlinciklərin Barbie-dən ilk fərqi ondan ibarət idi ki,onlar müxtəlif etnik qruplara ayrılırdılar: avropa, afrika, latın və asiya.

Ikincisi də gəlinciklər rəfiqələr qrupu şəklində pozlar verirdilər. Burada ideya odur ki, Bratz gəlincikləri dostluğu və bərabərliyi vurğulayırlar.

2005-ci ildə Bratz gəlinciklərinin illik satışı 800 milyon dollara çatdı, Barbie-də isə bu rəqəm 445 milyon dollar idi.

Buraxıldığı vaxtdan beş il ərzində Bratz MGA-ya 2 milyard dollardan çox gəlir gətirib. Oyuncaq şirkətin satışlarının 75%-ni təmin edib.

Hətta gəlinciyin uğuru MGA  və Mattel arasında “müharibəyə” də səbəb olub. 2004-cü ildə Barbie istehsalçısı bununla bağlı məhkəməyə müraciət edir.

Şirkət iddia edirdi ki, gəlinciyin yaradıcısı Karter Brayant bu layihəni onlarla əməkdaşlıq etdikləri etdikləri vaxt işləyib  və hüquqlar da onlara məxsusdur. Yəni, Bratz bir növ artıq işlənmiş layihənin təkrarıdır.

Məhkəmə çəkişməsi ərzində Bratz satışlarına qadağa qoyulur və bu da şirkətin gəlirinə əngəl yaradır. Müflis olmaqdan yaxa qurtarmaq üçün 2006-cı ildə MGA şirkəti Little Tikes uşaq oyuncaqları istehsalçısını ələd edir.

Məhkəmə prosesi 2011-ci ilə qədər çəkir və MGA-nın qələbəsi ilə başa çatır: şirkət zərərin əvəzi kimi 172,5 milyon dollar kompensasiya qazanır, Lariana isə 137 milyon dollardan çox kompensasiya düşmüş olur.

L.O.L. Surprise və Poopsie Slime Surpise gəlinciklərinin uğuru

Müsahibələrindən birində Larian qeyd edir ki, kimsə ona  YouTube-da yeni paketləşdirilmiş iPhone-la bağlı videoroliklərin məhşurluğundan danışıb və onlar milyonlarla izləmə qazanıblar.

“Mən düşündüm ki bu bir tapıntıdır və bir gün YouTube-da “paketlərdə oyuncaqlar” üzrə sorğu verdim” , Larian bildirib.

O artıq istəyinə nail olmuşdu. Növbəti gün o öz komandasını paketləşdirilməsi mümkün olan ən yaxşı oyuncaqları hazırlamağa çağırdı.

Nəticədə L.O.L. Surprise gəlincikləri yarandı. Onlar qeyri-şəffaf qablarda  2016-cı ildən satışa çıxarıldılar.

Larian deyir ki, bütün pərakəndə şəbəkələr əvvəlcə bu oyuncaqlarə Bratz-da da olduğu kimi ciddiyə almadılar. Onlar belə hesab edirdilər ki, uşaqlar görmədikləri gəlincikləri yəqin ki, almayacaqlar.

Əslində isə elə bu, oyuncağı daha da məhşur etdi. Uşaqlara qabın içində hansı aksesuar dəstinin və necə bir gəlinciyin olması çox maraqlı gəlmişdi. Bu onlar üçün bir sürpriz kimi idi.

MGA şirkəti reklam üçün YouTube, İnstagram və Snapchat sosial şəbəkələrindən istifadə edirdi.

Şirkət ABŞ, Böyük Britaniya və Kanadanın 13 şəhərində xüsusi açıq-çəhrayı kabinələr təşkil edərək uşaqların oyuncağı alan kimi dərhal oradaca onu açma prosesini qeydə alıb paylaşmalarına şərait yaradırdı.

Gəlinciklər valideynlərin də xoşuna gəlmişdi və onlar qiymətin yüksək olmasından gileylənirdilər. 

Bununla belə, Larian istədiyinə nail ola bilmişdi. 2017-ci ilin aprelində MGA  bütün dünya üzrə 2.5 milyon gəlincik sataraq, artıq 2018-ci ilin dekabrında ümumi satış həcmini 4 milyard dollara çatdırmışdı. Oyuncaq 2017-ci ildə ən yaxşı yeni il hədiyyəsi kimi ad qazanır.

2017-ci ildə şirkət daha yeni bir məhsul təqdim edir – təkbuynuzlu Poopsie Slime Surprise oyuncaqları. Onların özəlliyi ondan ibarət idi ki, onlardan jelatin maddə hazırlamaq olurdu. Bu xüsusi toz və sudan hazırlanmış məhlul qarışığının köməyi ilə olurdu.

Bu oyuncaqlar da qapalı şəkildə satılırdı. İçində hansı təkbuynuzlunun və aksesuarların olması bilinmirdi. YouTube-da isə onların baxış sayı 20 miloynu ötmüşdü.

Poopsie Slim Surprise oyuncaqları insanların mənfi rəyi ilə də qarşılaşmışdı. Belə ki, alıcılar belə hesab edirdilər ki, o,ona verilən pula dəymir.

Bundan başqa jelatin hazırlamaq üçün təxminən 20 iş icra etmək lazım gəlir ki, bunu da hər uşaq bacarmır.

L.O.L. Surprise kimi bu gəlinciklər də ən çox arzuolunan yeni il hədiyyəsi kimi reytinqə düşürlər.

NPD Group-un məlumatına görə, 2018-ci ilin dekabr ayının təkcə  ilk həftəsində bu təkbuynuzlu oyuncaqlar Böyük Britaniyada ən çox satılan oyuncaqların onluğuna daxil olublar.

Toys “R” Us  şəbəkəsini və Mattel-i almaq cəhdləri

2018-ci ilin martında uşaqlar üçün geyim, oyuncaq və digər məhsulların pərakəndə ticarəti ilə məşğul olan Toys “R” Us amerikan şirkəti bağlanması barədə elan verdi.

Apreldə İsaak bu şirkətin mağazalarından bəzilərini almaq barədə niyyətinin olduğunu bildirdi. Lakin bundan bir neçə gün sonra Toys “R” Us, təklif edilən məbləğin az olmasını səbəb gətirərək təklifdən imtina etdi.

Isaak deyirdi ki, bu rədd cavabı onu çox məyus etmişdi. Çünki, onlar danışıqlara çoxlu vaxt, əmək və minlərlə dollarlar sərf etmişdilər.

Əgər əməliyyat baş tutmuş olsaydı İsaak mağazalar şəbəkəsini miniatür “Disneyland”şəklində əyləncə parklarına çevirəcəkdi. Sahibkar hələ ki bu ideyadan imtina etmir.

Bir qədər sonra Larian Mattel-ə şirkətləri onun idarəçiliyi altında birləşdirməklə bağlı razılıq imzalamağı təklif edir. Lakin rədd cavabı alır.

2019-cu ilin mayında Larian ikinci dəfə Mattel-in baş direktoruna şirkəti almaq üçün müraciət edir. Mattel-in baş hüquq məsləhətçisi Bob Normil yekdil olaraq belə qərar bildirir ki, bu təklif Mattel-in və onun səhmdarlarının maraqlarına cavab vermir.Beləcə artıq İsaak da növbəti cəhdlərin MGA üçün əhəmiyyətsiz olduğu qənaətinə gəlir. Və nəticədə Top Toys bağlanır.

MGA Entertainment-in uğur səbəbi – İsaak Larianın fikri

Oyuncaqlar biznesi – dəb sənayesidir. Təəssüf ki, yeni bir şey çıxan kimi, dərhal onu təkrarlayanlar tapılır. MGA-da biz irəliyə doğru gedərək trendlər yaradırıq və bazara orijinal, bizə qədər heç kimin etmədiyi məhsulları çıxarmağa çalışırıq. Alıcılarımız daimi olaraq dəyişir və biz gündəlik olaraq onları izləyirik.

Mənə gələcək uğuruma səbəb olan bir neçə müdrik insanlarla tanışlıq nəsib olub. Onlardan biri, Toys “R” Us-dan olan ən yaxşı oyuncaq satıcısı Si Zev olub.

O deyirdi ki, əgər bazarda tələb 1000-dirsə və sən 900 qoyursansa, o zaman sənin məhsulun məşhur olacaq, yox əgər 1100 ədəd məhsul təqdim etsən o zaman itirəcəksən. Bazar həddini aşmaq olmaz.

Təbii ki, bir il sonra mən müflisliyin bir addımlığında idim, çünki Nintendo Game & Watch-a hədsiz  çox vəsait qoymuşdum. Bundan dərs götürdüm.

Intel-in baş direktoru Endi Grouv-dan da öyrəndiklərim olub. O,  saxta məhsulların qarşısını almaq üçün öz komandası ilə birlikdə yeni ucuz mikrosxem versiyalarını hazırlamışdı. Mənə də deyirdi ki, işində yalnız şübhəcil olanlar irəli gedirlər.

Uğur cəsarətli olanları mükafatlandırır. Mən istədiyimi edə bilərərm. Mən yeniliklərə davam etmək istəyirəm. Yeniliklər – sənayemizin tələbidir.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here