Owbike platforması Zoho şirkəti ilə əməkdaşlığa başlayıb

Date:

Paylaş:

Owbike platformasının istifadəçiləri yaxın zamanda saytyaratma xidməti daxilində korporativ email yaratma imkanından da istifadə edə biləcəklər. Email-lərin yaradılması və saxlanılması üçün lazım olan platforma isə Zoho şirkətinin Zoho Workplace olaraq tanınan email servisi tərəfindən təmin olunacaq. Şirkətlər göstəriləcək xidməti təsdiq edən müqaviləni 03.06.19 tarixində imzalayıblar. Müqavilə şərtlərinə əsasən, Owbike Zoho Email servislərinin rəsmi satışını gerçəkləşdirəcək. Email xidməti Owbike istifadəçiləri üçün növbəti sistem yenilənməsindən etibarən əlçatan olacaq. Əlavə olunan imkanın digər detalları yaxın zamanlarda Owbike platformasının yeni versiyasında öz əksini tapacaq. Həmçinin tərəflər arasında Zoho Email xidmətlərinin dil seçimləri arasına Azərbaycan dilinin də əlavə olunması barədə danışıqlar gedir.

Qeyd edək ki, Zoho email hostinqi 2019-cu il üzrə ən yaxşı email hostinq servisləri arasında yer alır. Owbike isə heç bir texniki biliklərə ehtiyac olmadan sayt yaratmaq imkanını təqdim edən yerli platformadır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...