Əsas səhifə Məqalələr Fərdi inkişaf Övladınızı milyoner kimi böyüdün!

Övladınızı milyoner kimi böyüdün!

798
Paylaş

Hər birimiz övladımıza yaxşı həyat arzulayırıq və ümid edirik ki, onlar ən yüksək zirvələri fəth edəcəklər. Bəs bu yolda biz onlara necə kömək edə bilərik? Təbii ki, onlar bizim yardımımız olmadan keçinə bilməzlər.

Övladınızın ən kiçik yaşlarından onda bu vərdişləri yaradın:

Pullar haqqında danışın:

Övladınıza ilk öncədən pulların çox güclü və açar mövqeli bir alət olduğunu başa salın. Bu qarşıya məqsədlər qoymağa və bir çox problemləri həll etməyə kömək edəcək.

Gözləntilər:

Yoxsul ailədən çıxmış bir çox uğurlu insanların bioqrafiyasına nəzər salsanız onların uğur qazanmasında əsas stimullarının valideynlərinin gözləntilərini doğrultmaq olduğunu görə bilərsiniz. Elə isə övladınızdan gələcəkdə nə gözlədiyinizi başa salın.

Özünə inam və uğura aparan iradə:

İnsanın pul haqqında doğru təsəvvürü, yaxşı arzuları və həyatla bağlı planları ola bilər. Lakin çox vaxt bu heç nəyə gətirib çıxarmır. Çünki öz məqsədinizə gedən yolda mübarizə aparmalı və çətinliklərin öhdəsindən gəlməlisiniz. Bunu isə hər adam bacarmır.

Əminlik:

Özünüzə əmin olmadan özünüzü qalib kimi təsəvvür edə bilməzsiniz. Övladınıza öyrətməli olduğunuz ilk cəhət də bəlkə də məhz bu olmalıdır.

İdman:

Öz səyləri sayəsində varlanmış insanlar əksər hallarda çempion xarakterinə sahib insanlardır. İstənilən idman növü işinizə yaraya bilər, təki övladınızın xoşuna gəlsin.