Yuxunun keyfiyyətinə nəzarət edən xüsusi üzüklər istehsalı ilə məşğul olan Fin startapı Oura B raundunda 28 mln. dollar cəlb edib.
Bu barədə VentureBeat yazır.
Əsas səhmdar kimi “Google”a məxsus Gradient Ventures çıxış edib. Bundan başqa, Square və Forerunner Ventures də raundda iştirak ediblər.
Səhmləri, şirkət, ştatın genişləndirilməsinə yönəldəcək.
Qeyd edək ki, 2013-cü ildə Finlandiyada yaranan bu startap bütün gün ərzində sahibinin nəbzini, hərarətini, hərəkət intensivliyini ölçən və yuxusuna nəzarət edən üzüklər buraxır. Sahibinin yuxu keyfiyyətinə əsasən üzüklər onun yeni günə və fiziki yükə nə dərəcədə hazır olduğunu müəyyən edə bilir. Bir üzüyün dəyəri 299-399 dollardır.
Crunchbase-in məlumatına görə, ümumilikdə şirkət bu vaxta qədər 48,9 mln. dollar cəlb edib. Səhmdarları arasında aktyor Uill Smit və idmançılar da vardır.