Ötən il Azərbaycanda ticarət əməliyyatlarının həcmi 22.5 milyard dollar olub

2
640
ticarət

2017-ci ildə Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 22 milyard 593 milyon 631 min ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, 2017-ci ildə ticarət əməliyyatlarının ümumi həcminin 8 milyard 782 milyon 7 min ABŞ dolları idxalın, 13 milyard 811 milyon 624 min ABŞ dolları isə ixracın payına düşür.

Həmçinin malların ümumi çeşidlərinin 7429-nu idxal, 3179-u isə ixrac malları təşkil edir. Ümumilikdə ticarət əməliyyatları üzrə malların çeşidlərinin sayı 10 min 608 ədəddir.

2 COMMENTS