Ötən il Azərbaycanda 1,185 mln. ton avtomobil benzini istehsal edilib

Date:

Paylaş:

2018-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 099,5 mln. manat olub.

“Bizplus.az”-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2017-ci illə müqayisədə 3% artıb.

Ötən il Azərbaycanda 1 185,6 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da 2017-ci ildən 2,4% azdır. Yanvarın 1-i tarixinə olan məlumata görə, 71,7 min ton hazır məhsul ehtiyatı qalıb.

Hesabat dövründə yanacaq mazutunun istehsalı 60% azalaraq 106,5 min ton təşkil edib.

2018-ci ildə digər neft məhsullarının istehsalında isə artım qeydə alınıb. Belə ki, 204,6 min ton həcmində neft-kimya sənayesində istifadə üçün benzin, 617 min ton ağ neft, 1 956,3 min ton dizel yanacağı, 154,7 min ton sürtkü yağları, 289,5 min ton neft bitumu, 244 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalının həcmi 2017-ci ildən 8,7%, ağ neft istehsalı 4,9%, dizel yanacağı istehsalı 3,2%, sürtkü yağlarının istehsalı 4,4 dəfə, neft bitumunun istehsalı 22% artıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...