2018-ci ildə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 099,5 mln. manat olub.
“Bizplus.az”-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2017-ci illə müqayisədə 3% artıb.
Ötən il Azərbaycanda 1 185,6 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da 2017-ci ildən 2,4% azdır. Yanvarın 1-i tarixinə olan məlumata görə, 71,7 min ton hazır məhsul ehtiyatı qalıb.
Hesabat dövründə yanacaq mazutunun istehsalı 60% azalaraq 106,5 min ton təşkil edib.
2018-ci ildə digər neft məhsullarının istehsalında isə artım qeydə alınıb. Belə ki, 204,6 min ton həcmində neft-kimya sənayesində istifadə üçün benzin, 617 min ton ağ neft, 1 956,3 min ton dizel yanacağı, 154,7 min ton sürtkü yağları, 289,5 min ton neft bitumu, 244 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalının həcmi 2017-ci ildən 8,7%, ağ neft istehsalı 4,9%, dizel yanacağı istehsalı 3,2%, sürtkü yağlarının istehsalı 4,4 dəfə, neft bitumunun istehsalı 22% artıb.