Ötən il Azərbaycan postsovet məkanında aşağı inflyasiya göstəricisinə malik ölkələrdən olub

Date:

Paylaş:

Azərbaycan 2018-ci ildə postsovet ölkələri arasında istehlak qiymətlərinin artımı üzrə 11-ci yeri tutub.

“Bizplus.az” xəbər verir ki, bunu “BelaPAN” tərəfindən aparılan milli statistika orqanlarının məlumatlarının təhlili göstərir.

Azərbaycanda qiymətlər 1,5 faiz artıb, eyni göstərici Gürcüstanda da qeydə alınıb.

Ötən ildə postsovet məkanında qiymət artımı üzrə lider Özbəkistandır. Ötən il Özbəkistanda qiymətlər 14,3% artıb. Bu baxımdan Ukrayna (9,8%) ikinci, Belarus (5,6%) isə üçüncü sırada qərarlaşıb.

Sonrakı sıralarda bu ölkələr yer alıb: Tacikistan (5,4%), Qazaxıstan (5,3%), Rusiya (4,3%), Estoniya (3,4%), Latviya (2,6%), Litva (1,9%) və Ermənistan (1,8%), Moldova (0,9%) və Qırğızıstanda (0,5%).

Türkmənistanda yalnız yanvar-oktyabr ayları (qiymət artımı 7,9% təşkil edib – red.) üzrə üzrə məlumatlar olduğundan onlar siyahıda yer almayıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...