“Azərbaycan Gürcüstan üçün önəmli və strateji tərəfdaşdır”.
Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Ekaterine Mikabadze Azərbaycan-Gürcüstan biznes forumunda bildirib.
O ildən-ilə ölkələr arasında iqtisadi münasibətlər genişləndiyini deyib: “Ötən il Azərbaycan Gürcüstanın ən əsas ixrac bazarı olub və Gürcüstana səfər edən turistlərin sayı baxımından birinci yeri tutub”.
Nazir müavininin sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq bir sıra mühüm sahələri əhatə edir: “Bu sahədə özəl sektorlar arasında da əlaqələr fəallaşdırılmalıdır”.
E.Mikabadze qeyd edib ki, 2015-ci ildən Azərbaycan Gürcüstan iqtsadiyyatına 2 milyard dollara yaxın pul qoyub.