Ötən ilin 11 ayında Bakıda 386,3 milyon manat dəyərində qida məhsulu istehsal edilib

0
917

2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhəri üzrə 386,3 milyon manat dəyərində qida məhsulları, içki və tütün məmulatları istehsal edilib.

Bakı şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə qida məhsulları istehsalında 2,0 faiz, içki istehsalında 23,4 faiz artım, tütün məmulatları istehsalında isə 43,8 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından olan kolbasa məmulatları istehsalı 66,2 faiz, pendir və kəsmik istehsalı 95,8 faiz, qablaşdırılmış çay istehsalı 3,1 faiz, şirin peçenye istehsalı 2,8 dəfə, duz istehsalı 6,4 faiz, pivə istehsalı 4,1 dəfə, alkoqolsuz içkilərin istehsalı isə 7,3 faiz artıb