Əsas səhifə Biznes Ötən il xarici investorlar Azərbaycan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoyublar

Ötən il xarici investorlar Azərbaycan iqtisadiyyatına 7 milyard dollar sərmayə qoyublar

384
investisiya

2017-ci ildə ölkə iqtisadiyyatına qoyulmuş 14,6 milyard dollar sərmayənin təxminən 50 faizi xarici investisiyaların payına düşür.

Bizplus.az vergiler.az saytına istinadla bildirir ki, ötən il Azərbaycanda qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin təxminən 900-ü xarici investisiyalı şirkətlər olub. Son 13 ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən xarici investisiyalı şirkətlərin sayı 7 mini ötüb. Həmin şirkətlərin daha çox maraq göstərdikləri sahələr sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sektorlarıdır.

Xarici şirkətlərin 32,1 faizi Türkiyəyə məxsusdur. Rusiya, Böyük Britaniya, ABŞ və Fransaya məxsus investisiyalı müəssisələrin sayı da az deyil. Koreya Respublikası, Yaponiya, İran, Belarus, Litva, Latviya, İtaliya və digər ölkələrin şirkətlərinin sayında son vaxtlar artım qeydə alınıb. Həmin şirkətlər Azərbaycanda dövlət əsaslı vəsait hesabına həyata keçirilən infrastruktur və digər layihələrdə, qeyri-neft sənayesində podratçı, subpodratçı qismində də fəal iştirak edirlər.