Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Ötən il Azərbaycanla Hindistanın ticarət dövriyyəsi 930 milyon dollar olub

Ötən il Azərbaycanla Hindistanın ticarət dövriyyəsi 930 milyon dollar olub

293
Paylaş
Azərbaycan və Hindistan
Azərbaycan və Hindistan

Keçən il Azərbaycan ilə Hindistan arasında ticarət dövriyyəsi 930 milyon dollar təşkil edib.

Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna iyulun 1-də Bakıda keçirilən Azərbaycan-Hindistan biznes forumunda deyib.

“Ticarət dövriyyəsinin 720 milyon dolları Azərbaycanın Hindistandan idxalı hesabına formalaşıb. Biz iqtisadi münasibətlərin daha da genişləndirilməsində maraqlıyıq”, – deyə səfir qeyd edib.