Əsas səhifə Biznes sahələri Texnologiya Ötən il “Apple” ABŞ iqtisadiyyatına 60 mlrd. dollar yatırıb

Ötən il “Apple” ABŞ iqtisadiyyatına 60 mlrd. dollar yatırıb

196
Paylaş

“Apple” 2018-ci ildə 9000 ABŞ şirkəti və ya 450 min insana dəstək olmaq üçün 60 mlrd. dollar xərcləyib.

“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, 2017-ci il ilə müqayisədə şirkətin ABŞ iqtisadiyyatına qoyduğu investisiya 10% artıb. Xüsusilə, ötən il “Apple” “Finisar” şirkətinə “Face ID” sisteminin sifarişi üçün 390 mln. dollar xərcləyib.

Şirkətin hesabatlarına görə, şirkətin son ildə iş yeri, ABŞ şirkətlərinə maliyyə dəstəyi dəfədən çox artaraq 50 ştatı əhatə edib.

Bundan başqa, rəsmi rəqəmlərə görə, “Apple” şirkətinin 80 min əməkdaşı var və 1,5 mln.dan artıq şəxs isə “Apple”ın ortaq olduğu şirkətlərdə çalışır.