Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Ötən il 2 milyon kvadratmetrdən çox yeni yaşayış evləri tikilib

Ötən il 2 milyon kvadratmetrdən çox yeni yaşayış evləri tikilib

177
Paylaş

2018-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2 milyon 84,7 min kvadratmetr və ya əvvəlki illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, il ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 1 milyard 313,8 milyon manat olub, onun 252,3 milyon manatı dövlət, 1 milyard 61,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ötən il ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə şəxsi vəsaitləri hesabına 13,7 min fərdi yaşayış evi tikiblər. Onların 23,3 faizi Bakı şəhərində, 19,5 faizi Naxçıvan Muxtar Respublikasında, 4 faizi Masallı, 3,9 faizi Sabirabad rayonlarında, 49,3 faizi isə ölkənin digər şəhər və rayonlarında inşa edilib.