Oracle şirkətinin həmsədri Mark Hurd 62 yaşında dünyasını dəyişib

Date:

Paylaş:

Mark Hurd Oracle şirkətinə 2010-cu ildə gəlib. O vaxta qədər isə NCR və HP-yə rəhbərlik edib.

Onun ölümü barədə Oracle şirkətinin həmtəsisçisi və idarə heyətinin sədri Larry Ellison xəbər verib.

Mark Hurd 2019-cu ilin 11 sentyabrında sağlamlığı ilə əlaqədar təcili məzuniyyət götürüb.Bu barədə Bloomberg bildirib. Konkret səbəbləri isə şirkətdən açıqlamayıblar.

Mark Hurd 2014-cü ilin setyabrından baş direktor vəzifəsini icra edib. Onun təşəbbüsü ilə şirkət proqram təminatına icazənin satışından SaaS modellərinə keçib.

Mark karyerasına 1980-ci ildə indiki NCR-də (kassa və bank avadanlıqları istehsalçısı) satıcı kimi başlayıb. 2003-cü ildə Hurd şirkətə rəhbər təyin olunub, 2005-ci ildə isə Hewlett-Packard-da baş direktor vəzifəsinə keçib. Oradan isə 2010-cu ildə gedib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...