Optimal electronics işçi axtarır

Date:

Paylaş:

Optimal Elektronika” MMC mağazalar şəbəkəsi aparıcı dünya istehsalçılarının keyfiyyətli və geniş çeşidli məhsullarını təqdim edir. Mağazalarımızın müştərilərinə audio-video və rəqəmsal texnikanın, iri və xırda məişət texnikasının 2 mindən çox növünü təqdim edirik.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə ” Optimal Elektronika ” Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur.

“Optimal Elektronika”MMC mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Kredit Mütəxəssisi

Tələblər:

– İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
– Dil biliyi : Azərbaycan dilində səlist danışmaq/yazmaq;
– Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
– Yüksək analitika qabiliyyəti;
– Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

Əsas vəzifələr:

– Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
– Kredit müraciətlərinin qəbulu və analizi;
– Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
– Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
– Lazım gəldikdə potensial müştərilərin cəlb edilməsi, reklam materiallarının paylanılması

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 2 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Kredit mütəxəssisi” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Son tarix: 24.02.2018

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...