“OPPO” şirkəti “A9” smartfonunu təqdim edib

Date:

Paylaş:

Çinin “OPPO” şirkəti orta səviyyəli “A9” smartfonunu rəsmən təqdim edib.

Gözləntilərin əksinə olaraq, yeni qurğu 48 meqapikselli kamera ilə təchiz edilməyib. Bunun əvəzinə isə əsas qoşa modul 16 və 2 milyon pikselli ötürücüləri özündə birləşdirib. On altı meqapikselli ön kamera ekranın yuxarı hissəsinə quraşdırılıb.

Üst səthin 90,7 faizini əhatə edən 6,53 düym diaqonallı ekran Full HD (2340 × 1080 piksel) təsvir ölçüsünə malikdir.

Bildirilir ki, smartfon 2,1 QHs takt tezlikli səkkiznüvəli “MediaTek Helio P70” prosessoru və “ARM Mali-G72 MP3” qrafik sürətləndiricisi ilə təchiz edilib.

Operativ yaddaş tutumu 6 giqabayt, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. 4020 milliamper/saat tutumlu akkumulyator batareyası qurğunu enerji ilə təmin edir.

Bundan başqa, “Android 9.0 Pie” əsasında “ColorOS 6” əməliyyat sistemi tətbiq edilib. Qiyməti 270 dollar təşkil edəcək “OPPO A9” smartfonu “Mica Green”, “Ice Jade White” və “Fluorite Purple” rəng çalarlarında təklif olunur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...