Fransanın “PSA Group” korporasiyasının Almaniyadakı törəmə şirkəti “Opel” 4 100 işçisini ixtisar edəcək.
Bu barədə “Bloomberg” agentliyi xəbər verir.
Qeyd edək ki, satışların azalması ilə əlaqədar, eləcə də texnoloji yeniləməyə daha çox vəsait ayırmaq üçün qənaət proqramı çərçivəsində belə bir addım atılacaq. 2025-ci ilə qədər 2 100 işçi, 2025-2029-cu illərdə isə daha 2 min işçi vəzifəsindən azad ediləcək.
Xatırladaq ki, dünyanın aparıcı avtomobil markaları gələcək illərdə ümumilikdə 80 minə yaxın işçisini ixtisar etməyi planlaşdırır.