OPEC-in Azərbaycanda keçiriləcək görüşündə bu məsələ müzakirə olunacaq

Date:

Paylaş:

“Bu ilin fevral ayında OPEC-in Monitorinq Komitəsinin Bakıda keçiriləcək iclasında OPEC və Rusiya başda olmaqla qeyri-OPEC ölkələri arasında daha əvvəl razılaşdırılmış azalma barədə sazişə sadiqlik müzakirə ediləcək”. Fins.az-ın məlumatına görə, Report WAM informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suhayl bin Məhəmməd Fərəc Faris əl-Mazrui bildirib. O həmçinin deyib ki, bu görüşdə azalma barədə sazişin neft bazarlarına təsiri müzakirə ediləcək və bu da təklif və tələb arasında balansın təmin olunmasına kömək göstərəcək.

Qeyd edək ki, ötən ilin dekabr ayında OPEC+ sazişinə qoşulan bütün ölkələrin nazirlərinin görüşünün yekununda neft hasilatının azaldılması barədə qərar qəbul olunub. Qərara əsasən, bütün ölkələr 2019-cu ilin yanvarından etibarən yarım il müddətə hasilatı toplamda gündəlik 1,2 milyon barel aşağı salacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...