Əsas səhifə İnvestisiya “OPay” “fintex”-startapı Afrikadan 120 mln. dollar cəlb edib

“OPay” “fintex”-startapı Afrikadan 120 mln. dollar cəlb edib

85
Paylaş

“Opera” brauzerinin proqramçıları tərəfindən buraxılan “OPay” “fintex”-startapı B raundunda 120 mln. dollar cəlb edib. Səhmdarlar arasında – Çinin Meituan-Dianping internet-şirkəti, GaoRong, Source Code Capital, Softbank Asia vençur fondları və başqaları var. Şirkət pulları Nigeriya, Keniya, Qana, Cənubi Afrika və digər ölkələrdə inkişafa xərcləyəcək.

“OPay” Afrika bazarında dolaşır. Burada son dörd ildə “Opera”, Google Chrome-dan sonra populyarlığına görə ikinci yeri tutur. Xidmət istifadəçilərə hesab ödəmə, telefon nömrəsi ilə pul köçürmə və digər əməliyyatları həyata keçirmək imkanı yaradır. Bu ilin yayında  “OPay” 50 mln. dollar cəlb edib.

“OPay” Afrikada artıq “OFood” qida çatdırılması xidmətini, “ORide” motosiklet taksi xidmətini və başqa xidmətləri həyata keçirir. İstifadıçilər bu xidmətlərin həm sifarişini, həm də ödənişini ödəmə xidməti vasitəsilə edə bilirlər. Nigeriyada  hal-hazırda gündəlik olaraq “OPay” vasitəsilə 10 mln. dollarlıq əməliyyatlar aparılır. Bu barədə mətbuatdam açıqlama verilib.

TechCrunch qeyd edir ki, Afrikada 1,2 mlrd insanın bank və maliyyə xidmətlərinə girişi yoxdur. Bu isə “fintex”i  materikdə rəqəmsal sahələr arasında daha perspektivli birinə çevirir.