Onun 123 milyard dollar sərvəti var!

0
729

“Amazon.com”un maliyyə hesabatının açıqlanmasından sonra şirkətin sahibi Ceff Bezosun sərvəti 6 milyard dollardan çox artıb. Şirkət son 8 ilin ən böyük bayram satışlarını həyata keçirib.

Lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, “Amazon” son – 4-cü rübdə tarixinin ən böyük gəlirini (1,86 milyard dollar – hər səhmə 3,75 $) əldə etdiyini açıqlayıb. Analitiklər isə hər səhmə görə 1,85 dollar səviyyəsində gəlir proqnozlaşdırırdı. Gəlirlər gözləntiləri xeyli aşdığı üçün şirkət səhmləri 6% bahalaşıb.

Fevralın 1-də birjada əlavə ticarət (after hours) zamanı Ceff Bezosun sərvəti 116,4 milyard dollardan 123 milyard dollara qədər yüksəlib. Əgər artım bu gün də bu səviyyədə qalarsa, onun sərvətinin həcmi yeni rekord kimi “Bloomberg”in reytinqinə daxil ediləcək. Ümumən yanvarda Bezosun xalis aktivləri 17,4 milyard dollar dəyər qazanıb.

Qeyd edək ki, C. Bezos “Forbes”un versiyasına əsasən dünyanın ən zəngin insanıdır.