Əsas səhifə Biznes sahələri Avtomobil Onu görən heyrətini gizlədə bilmir və yaxınlaşıb şəkil çəkdirir – 61 yaşlı...

Onu görən heyrətini gizlədə bilmir və yaxınlaşıb şəkil çəkdirir – 61 yaşlı “yeniyetmə”

302
Paylaş

Zaqatala sakini babasından yadigar qalan retro maşına yeni “nəfəs” verib

“Bizplus.az” Sputnik Azərbaycan-a istinadla bildirir ki,Zaqatala sakini Azər İmamova məxsus qeyri-adi retro avtomobili görənlər təəccüblərini gizlədə bilmirlər. 1958-ci ildə istehsal olunan “SMZ S-3A” markalı (el arasında “əlil maşını” kimi tanınırdı – red) maşın, sanki indi zavoddan çıxıb.

1958-ci ildə istehsal olunan “SMZ S-3A” markalı maşın

Avtomobil barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan A.İmamov, sözügedən yadigarın ona babasından qaldığını deyib: “Avtomobilin, demək olar, heç nəyi qalmamışdı. Təkcə “kuzası” vardı. 3 ilə yığdım, bu vəziyyətə gətirdim. Detalları Rusiya, Gürcüstan və başqa ölkələrdən çox çətinliklə əldə etmişəm”.

“Maşında yeniliklər etməyi düşünmürəm. Ona görə ancaq özünə məxsus detalları yığmışam. Başqa maşınların hissələrindən istifadə etməmişəm. Çalışmışam ki, onun orijinallığını saxlayım” – deyir müsahibimiz.

Avtomobil sahibinin sözlərinə görə, avtomobili almaq üçün 15-16 min manat təklif ediblər, lakin o, satmaq istəməyib: “Maşını görən hər kəs maraqla baxır, şəkil, selfi çəkdirir. Toy edən cütlüklər də gəlin maşını və fotosessiya üçün müraciət edirlər”.

Qeyd edək ki, bu tipli avtomobillər 1958-ci ildən 1970-ci ilədək istehsal edilib. Həmin avtomobillər II Dünya Müharibəsi əlilləri üçün nəzərdə tutulub.