Online alış-veriş saytı açmaq və internetdən pul qazanmaq

Date:

Paylaş:

Sizə əgər desəmki 5$-a olan köynəyi 9$-a saytınızdakı müştəriyə öz brendinizin adı ilə sata bilərsiniz və bütün bu işi sizin yerinizə 5$-a satan adam edəcək. Arada 4$ qazanacaqsınız. Müştəri amma sizin tərəfdən satıldığını biləcək. İnanarsınız ? Amma bu mümkündür !

Hər ötən gün manat dəyərdən düşür, dollar isə bahalaşır. Belə bir vəziyyət dollar ilə qazancı olan insanlara daha sərfəlidir. Nə qədər çox insan bu metodla pul qazansa, ölkəyə dollar gətirsə, bir o qədər də ölkəmizə xeyir olar.

Mərhələ 1 :  Alış veriş saytını yaratmaq barədə.

azerbaycanda geyim alisveris saytlari xaricden sifaris saytlari turkiyeden azerbaycana online alisveris online alisveris giyim azerbaycan online alisveris baku turk alisveris saytlari online alışveriş siteleri azerbaycan geyim saytlari 1 2 3 4 5 6 7 8 9 10 Следующаяb

Çətin səslənə bilər amma heçdə çətin bir iş yoxdur. İlk öncə sizə brend adı seçmək lazım olacaq. Daha sonra domen və hostinq alacaqsınız. Domen .com, .net , .az və s olur. Hostinq isə lazımdırki bu saytınızda nəsə qurasınız. Domen və hostinq alındıqdan sonra domeni yönləndirirsiz aldığınız hostinqə. Məsələn, online.az saytından .az domenin almısınız. Məndən də hostinqinizi almısınız. Online.az saytında domeninizin DNS bölməsinə girirsiniz və sizə verilən NS (name server)-ləri o bölməyə yazırsınız. Bircə qalır saytı qurmaq. Alış veriş saytı qurmaq üçündə Amerika kəşf eləmək lazım deyil.  Hazır skriptlər var. Özünüz də adların yazıb araşdıra bilərsiniz ( Woocommerce, Opencart, Magento,Prestashop və s.) İnternetdə how to install Magento,Prestashop və s. yazsanız ətraflı izah edən videolar tapa biləcəksiniz. Nəsə çətinlik olsa şərhdə yazarsınız köməklik göstərərəm. Alternativ variant kimi shopify.com ilədə aylıq 20$ ödənişlə saytınızı qura bilərsiniz.

Mərhələ 2 :  Satacağım malı ən ucuz hardan ala bilərəm?

azerbaycanda geyim alisveris saytlari xaricden sifaris saytlari turkiyeden azerbaycana online alisveris online alisveris giyim azerbaycan online alisveris baku turk alisveris saytlari online alışveriş siteleri azerbaycan geyim saytlari 1 2 3 4 5 6 7 8 9 10 Следующая

İnternetdə amerika və italiya brendləri ilə fəaliyyət göstərən minlərlə dükanlar varki sizə izah edəcəyim bu sistemlə işləyir. Hətta Amazon və Ebay saytlarında satan insanların çoxuda bu metodla alır satır. Bu metodun adı DROPSHIPPING-dir ( Sizin olmayan bir məhsulun üzərinə xeyrinizi qoyub satmaq) . Çoxlarıda əsasən Aliexpress.com saytından dropship edir. İlk öncə saytınızda nə satacağınızı dəqiqləşdirirsiniz, daha sonra aliexpress saytından satacağınız məhsulların şəkillərin və məlumatların götürüb öz saytınıza əlavə edirsiniz. Qiyməti isə ürəyiniz istəyən kimi yazırsınız.  Lightinthebox.com və dhgate.com saytlarıda məsləhətli saytlardır. Onlardan da dropship edə bilərsiniz.

Mərhələ 3 : Müştəri bəs niyə məndən alsın Aliexpressdən almasın ?

azerbaycanda geyim alisveris saytlari xaricden sifaris saytlari turkiyeden azerbaycana online alisveris online alisveris giyim azerbaycan online alisveris baku turk alisveris saytlari online alışveriş siteleri azerbaycan geyim saytlari 1 2 3 4 5 6 7 8 9 10 Следующая

Çünki siz daha yaxşısınız. Daha yaxşı görsənməlisiniz. Aliexpress,dhgate və s. bunlar çin saytarıdır və bunu hamı bilir. Siz Amerika və ya İtaliya brendi ilə sata bilərsiniz. Aliexpressdə 1.500.000 dənə sadəcə köynək satılır. Sizin satacağınız məhsulun eynisin orada tapmaq asan iş deyil.

Soldakı şəkilə diqqətlə baxsanız görərsinizki eyni məhsulu 4 sayt satır və hamısınında fərqli qiymətləri var. Lakin hamısından da alınır. Saytınızı qurduqdan sonra SEO-ya (axtarış sisteminə görə optimizasiya) diqqət yetirsəniz, satışınızı daha da artıra bilərsiniz. Satış artırmaq üçün facebook ilə hədəflənmiş reklamlar da edə bilərsiniz. Məsələn Azərbaycanda yaşayan Lakin Amerikada Harvard universitetin bitirmiş birinə “Never Underestimate A Man Who Graduated From Harvard University” yazılı köynək göstərə bilərsiniz. Bu reklam onun diqqətini cəlb edə bilər və saytınıza girib sifariş edə bilər.

Müştəri malı sifariş verdi, bəs sonra ?

Təki müştəri sifariş versin. Yerdə qalanı çox sadədir. Girirsiniz Aliexpress saytındakı həmin məhsulu sifariş edirsiniz, mesaj ilə də satan adama yazırsınızki mən dropship edirəm, malın üzərində mənim məlumatlar olacaq və filankəsə göndərəcəksən. Vəssəlam, ona pulun ödəyirsiniz göndərir malı sizdən alan adama.

Bəs ödənişi necə qəbul edəcəm ?

Paypal ilə ödəmə qəbulu hələki Azərbaycanı dəstəkləmədiyi üçün Goldenpay və ya Skrill ilə ödəmələri qəbul edə bilərsiniz.

©Jafar Najafov

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...