Əsas səhifə Xəbərlər Xarici xəbərlər Onlayn-satışları “Bose”un pərakəndə mağazalarının axırına çıxıb

Onlayn-satışları “Bose”un pərakəndə mağazalarının axırına çıxıb

49

Audiotexnikalar istehsalçısı “Bose” Şimali Amerika, Avropa, Yaponia və Avstraliyadakı bütün 119 pərakəndə mağazasını bağlamağı planlaşdırıb. Şirkət bu addımını məhsullarının artıq daha çox inernet yolu ilə əldə edilməsi ilə əsaslandırıb.

Bose bu onlayn-sifarişlərin məhşurlaşması səbəbindən bağladığı mağazalarından nə qədər əməkdaşının qovulacağını bildirməyib. Amma şirkət onlara işə düzəlməkdə kömək edəcək və gündəlik müavinət də verəcək.

Şirkətin qlobal satışlar üzrə vitse-prezidenti Kolett Börk bildirib ki, onlar daim alıcılarının tələb və istəkərinə cavab  vermək uğrunda çalışıblar və yenə də bu yolu davam etdirirlər.

Qeyd edək ki, 1964-cü iləd əsası qoyulan “Bose”un məhsullar çeşidinə səsazaldıcısı olan qulaqlıqlar, “ağıllı” dinamiklər,akust günəş eynəkləri və başqaları daxildir. Şirkətin audiotexnikaları Amazon, Best Buy, Target, Apple, başqa pərakəndə mağazalarda, həmçinin, öz saytlarında satılır.