Onlayn kassa aparatlarını satan şirkət tender ilə seçiləcək?

Date:

Paylaş:

Yeni nəsil nəzarət-kassa aparatlarının (onlayn kassa) satışı ilə müəyyən edilmiş tələblərə cavab verən istənilən hüquqi şəxs bu fəaliyyətlə məşğul ola biləcək, bunun üçün ayrıca tender keçirilməyəcək. 

Bunu Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin Onlayn kassa aparatlarının monitorinqi şöbəsinin rəhbəri Zaman Məmmədov bildirib.

Zaman Məmmədov qeyd edib ki, həmin şəxslərin təklif etdiyi nəzarət-kassa aparatlarının da tələb olunan meyarlara cavab verməsi vacibdir: “NKA operatorlarının siyahısı Vergilər Nazirliyinin e-kassa.gov.az saytında yerləşdiriləcək. Kassa aparatlarının əldə olunması üçün həmin operatorlara müraciət etmək kifayətdir. Operator vergi orqanında kassanın qeydiyyatını keçirərək nəzarət mexanizmi qurğusu ilə təchiz olunmuş kassa aparatını sahibkarlara təqdim edəcək”.

Zaman Məmmədov bildirib ki, 2019-cu ilin ikinci rübündən etibarən kassa aparatlarının qeydiyyatını yalnız yeni qaydalar üzrə aparmaq mümkün olacaq: “Bunun üçün proqram kassa sisteminin operatoruna (NKA operatoru) müraciət etmək lazım gələcək. NKA operatoru Vergilər Nazirliyinin müəyyən etdiyi tələblərə cavab verən və nazirlik tərəfindən qeydə alınmış hüquqi şəxslərdir. Belə tələblərə hüquqi şəxsin proqram təminatlı kassalara servis-texniki xidmət göstərmək bacarığına malik əməkdaşlarının, bu cür xidmət üçün texniki filial və məntəqəsinin olması və s. aiddir. Onlar dövlət reyestrində sadalanan kassa sistemlərinin paylanılması və texniki xidmətin göstərilməsi hüququna malikdirlər”.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...