Əsas səhifə Biznes Biznes məqalələri Onlar Amerikanı fəth etdilər. ABŞ-da ən zəngin qadın miqrantlar

Onlar Amerikanı fəth etdilər. ABŞ-da ən zəngin qadın miqrantlar

123
Biznes qadını
Biznes qadını

ABŞ bütün sənaye sahələrini dəyişdirməyə qadir olan yüksək motivasiyalı qadınlar üçün əsas hədəf ölkələrdən biridir. Forbes ABŞ-da müvəffəqiyyət qazana bilmiş ən zəngin miqrant qadınları seçdi.

Hər il ABŞ-a on minlərlə insan köç edir, onların əsas məqsədi daha uğurlu gələcək qurmaqdır. Robyn Rihanna Fenty-nin də hekayəsi belə başlamışdır. Haradasa on il bundan əvvəl Rihanna musiqi karyerasına başlamaq üçün öz vətənini, Barbadosu tərk etdi. Ona digər bir musiqiçi (hal-hazırda milyarder olan) Jay-Z kömək etmişdir. O vaxtdan bəri, Rihanna musiqi sənayesinin zirvəsinə çıxaraq, kosmetika və dəb sahəsində də uğur qazana bilmişdir.

2017-ci ilin sonunda Rihanna öz şöhrətindən və təcrübəsindən istifadə edərək, LVMH ilə birlikdə Fenty brendini yaradır. Ötən ildə şirkətin satış həcmi 570 milyon dollar təşkil edib. 2018-ci ildə isə Rihanna TechStyle Fashion Group onlayn-mağazası ilə birgə Savage X Fenty alt geyim kolleksiyasını buraxdı. Bu, onun dəb sahəsində başladığı ilk layihələrdən biri olmuşdur. Ötən ayda Rihanna və LVMH yeni moda evi – Fenty-nin yaradılmasını açıqladı. Beləliklə, o, Fransanın moda evinin başında ilk qaradərili qadın olacaq.

Hal-hazırda Forbes jurnalının qiymətləndirmələrinə görə. Rihanna-nın sərvəti 600 milyon dollar təşkil edir. O, 2019-cu ildə Amerikanın ən zəngin miqrant qadınları arasında 12-ci yeri tutur. Forbes reytinqinin yeni iştirakçılarından biri də Tayvan əsilli Ashley Chen və Hindistan əsilli Neha Narkhede -dir. Ümumilikdə onların sərvəti 18,4 milyard dollar təşkil edir ki, bu da ümumi məbləğin 23%-ni təşkil edir.

Tai Li  Banqkokda anadan olmuş və Şimali Koreyada böyüyüb. Li Amxerstdə iqtisadiyyat və biologiya üzrə təhsil alıb, 1985-ci ildə isə Harvardın biznes məktəbində MBA proqramını uğurla başa vurub. Dörd il ərzində o Procter & GambleAmerican Express kimi şirkətlərdə çalışıb. 1989-cu ildə Li həyat yoldaşı ilə birgə SHI International şirkətini təsis etdi. Hazırda bu SHI International-ın əməkdaşlıq etdiyi ölkələr sırasına Johnson & JohnsonBoeing da daxildir. 2018-ci ildə şirkətin gəliri 10 milyard dollar təşkil edib.

Çin əsilli olan Weili Dai, Panda Express şirkətinin həmtəsisçisi olan Peggy Cherng və milyarder Eren Ozmen ABŞ-a maraq üçün köç ediblər. Ozmen Türkiyədə paxlava satmaqla yanaşı, paralel olaraq Sierra Nevada şirkətində xadimə kimi də çalışırdı. Hal-hazırda o Sierra Nevada şirkətinin prezidenti və majoritar səhmdarıdır. “ABŞ-a və qadınların burada nələr nail ola biləcəyinə baxın. Biz düşünürük ki, həyatda iz qoymalıyıq”, – deyə Ozmen 2018-ci ildə Forbes jurnalına verdiyi müsahibədə bildirib.

Kosmetika bazarının maqnatı olan Anastasia Soare Los-Ancelesə Rumıniyadan gələrək, 1989-cu ildə gözəllik salonunda işləməyə başlayıb. Üç ildən sonra o şəxsi biznesini qurdu, 2000-ci ildə isə Anastasia Beverly Hills brendini yaradır. Şirkət ümumi olaraq 3 milyard dollar dəyərində qiymətləndirilir. Forever 21-in həmtəsisçisi  Jin Sook Chang həyat yoldaşı ilə birgə ABŞ-a Cənubi Koreyadan, 1981-ci ildə köç edib. Hal-hazırda Forever 21 815 mağazaya sahibdir, onun illik gəliri isə 3,4 milyard dollar təşkil edir.

Qadın miqrantların əsas fəaliyyət sahələrinə texnologiyalar daxildir. Belə ki, bu sahədə uğur qazanmış şəxslərdən biri Oracle şirkətinin təsisçisi Safra Catz olmuşdur. O, İsrail əsillidir və şirkətə 1999-cu ildə qoşulub. Hal-hazırda Safra Catz milyarderlərdən biridir.

Tai Li
Tai Li

Tai Li

Sərvəti: 3 milyard dollar

Vətəni: Cənubi Koreya

Gəlir mənbəyi: İT-provayder

Peggy Cherng
Peggy Cherng

Peggy Cherng

Sərvəti: 1,7 milyard dollar

Vətəni: Birma (Myanma)

Gəlir mənbəyi: fast-food

Jin Sook Chang
Jin Sook Chang

Jin Sook Chang

Sərvəti: 1,5 milyard dollar

Vətəni: Cənubi Koreya

Gəlir mənbəyi: dəb

Eren Ozmen
Eren Ozmen

Eren Ozmen

Sərvəti: 1,5 milyard dollar

Vətəni: Türkiyə

Gəlir mənbəyi: aerokosmik tərtibatlar

Jayshree Ullal
Jayshree Ullal

Jayshree Ullal

Sərvəti: 1,4 milyard dollar

Vətəni: Böyük Britaniya

Gəlir mənbəyi: kompüter şəbəkələri

Anastasia Soare
Anastasia Soare

Anastasia Soare

Sərvəti: 1,2 milyard dollar

Vətəni: Rumıniya

Gəlir mənbəyi: kosmetika

Safra Catz
Safra Catz

Safra Catz

Sərvəti: 1,1 milyard dollar

Vətəni: İsrail

Gəlir mənbəyi: proqram təminatı

Neerja Seti
Neerja Seti

Neerja Seti

Sərvəti: 1 milyard dollar

Vətəni: Hindistan

Gəlir mənbəyi: İT-konsultasiyalar

Weili Dai
Weili Dai

Weili Dai

Sərvəti: 960 milyon dollar

Vətəni: Çin

Gəlir mənbəyi: yarımkeçiricilər

Kristel De Haan
Kristel De Haan

Kristel De Haan

Sərvəti: 950 milyon dollar

Vətəni: Almaniya

Gəlir mənbəyi: timeshare

Kit Crawford
Kit Crawford

Kit Crawford

Sərvəti: 890 milyon dollar

Vətəni: Kanada

Gəlir mənbəyi: Clif Bar

Rihanna
Rihanna

Rihanna

Sərvəti: 600 milyon dollar

Vətəni: Barbados

Gəlir mənbəyi: kosmetika, musiqi

Theresia Gouw
Theresia Gouw

Theresia Gouw

Sərvəti: 580 milyon dollar

Vətəni: İndoneziya

Gəlir mənbəyi: vençur yatırımlar

Selina Dion

Sərvəti: 450 milyon dollar

Vətəni: Kanada

Gəlir mənbəyi: musiqi

Adi Tatarko
Adi Tatarko

Adi Tatarko

Sərvəti: 430 milyon dollar

Vətəni: İsrail

Gəlir mənbəyi: interyerlər

Neha Narkhede
Neha Narkhede

Neha Narkhede

Sərvəti: 360 milyon dollar

Vətəni: Hindistan

Gəlir mənbəyi: proqram təminatı

Sonia Gardner
Sonia Gardner

Sonia Gardner

Sərvəti: 310 milyon dollar

Vətəni: Marokko

Gəlir mənbəyi: maliyyə

Ashley Chen
Ashley Chen

Ashley Chen

Sərvəti: 300 milyon dollar

Vətəni: Tayvan

Gəlir mənbəyi: İT provayderlər

Toni Ko
Toni Ko

Toni Ko

Sərvəti: 270 milyon dollar

Vətəni: Cənubi Koreya

Gəlir mənbəyi: kosmetika

Rəy bildir

Please enter your comment!
Please enter your name here