Əsas səhifə Startup OneWeb peyk startapı iflasa uğradı

OneWeb peyk startapı iflasa uğradı

40
Paylaş

Britaniyanın peyk operatoru OneWeb iflası barədə elan verib. Belə ki, startap, uzun aylardır 2 mlrd. dollar cəlb etməklə bağlı danışıqlar apardığı SoftBank-dan həmin səhmləri ala bilməyib. Danışıqlar prosesinin baş tutmamasına səbəb isə pandemiyaya görə bazarda özünü göstərən qeyri-stabillik olub.

Bu barədə Financial Times məlumat verib.

SoftBankla 2020-ci ilin əvvəlindən aparılan aktiv danışıqlara martın 23-də son qoyulub. Bundan sonra OneWeb iflasla bağlı qərar verib.

Qeyd edək ki, sözügedən startap, peyk internet şəbəkəsinin köməyilə bütün dünyanın yüksək sürətli Wi-Fi-la təmin olunması üzərində çalışırdı. İşin 2021-ci ilə başa çatdırılması planlaşdırılmışdı.