OnePlus smart televizoru barəsində yeni məlumatlar ortaya çıxdı

Date:

Paylaş:

 Amazon şirkətinin saytının Hindistan regionu üçün olan versiyasında OnePlus şirkətinin ilk smart televizor modelinin promo fotosu ortaya çıxıb. Həmin promo foto isə televizor barəsində yeni məlumatlar verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə məlumata əsasən OnePlus şirkətinin ilk smart televizor modeli 4K keyfiyyətli 55 düym QLED ekrana sahib olacaq. Ekranın özü isə Dolby Vision texnologiyasını dəstəkləyəcək. Bu texnologiya ekranın rənglərini və parlaqlığını yaxşılaşdırır.

    Bununla yanaşı OnePlus TV 50 vatt gücündə 8 ədəd səsgücləndirici ilə təchiz olunacaq və Dolby Atmostexnologiyasını dəstəkləyəcək. Əvvəlki məlumat sızıntılarına əsasən OnePlus TV 1.5 GHz tezlikli 2 nüvəli MediaTek MT5670 prosessoru, Mali G51 qrafik sürətləndirici və 3 GB RAM ilə təchiz olunacaq. Televizor Android TV əməliyyat sistemi vasitəsilə çalışacaq.

    Şirkət minimum 3 il ərzində televizorun əməliyyat sistemi üçün yenilənmələri təqdim etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, OnePlus TV 26 sentyabr tarixində Hindistanda təqdim olunacaq. Onun güman edilən satış qiyməti isə 500-600$-dır. Bu televizorun Redmi TV ilə Honor Vision televizor modellərinə rəqib olacağı gözlənilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...